
Yeni beynəlxalq nizam
Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır
Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır
Tullantılar ilk rübdə rekord səviyyəyə çatdı
Ukrayna bütün görüşlərdə masada olmalıdır
AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Leyen: “Avropa, ABŞ və NATO, Ukrayna üçün ortaq mövqeni gücləndirdi”
Avropa Birliyi və müttəfiqləri Tramp-Putin görüşünün müzakirəsinə başlayıb
Avropanın çox sürətlə silahlanması nə vəd edir?
Şimali və Baltik ölkələrindən Tramp–Putin görüşü öncəsi Ukrayna bəyanatı
Almaniyada polis çatışmazlığı – təhlükəsizlik sisteminin zəif nöqtəsi
“Yaşıl kraliça” yoxsa “dəmir yumruqla idarə edən strateq”?
Miqrantlara qarşı sərt siyasət sərgiləyən Niderlandı 25–35 yaşlı vətəndaşları tərk edir
ABŞ-Avropa Birliyi gömrük razılaşması – alman iqtisadiyyatı üçün yeni təhdid
Merzdən sərt danışdı: “Alman iqtisadiyyatı ciddi zərər görəcək”
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
Tehran nüvə sazişindən çıxmağa hazırlaşır
Proporsional sistem üzrə səslərin 98 faizi sayıldıqdan sonra nəticələr aşağıdakı kimi olub:
1. Prezident İqor Dodonun Sosialistlər Partiyası – 31,37 faiz,
2. Qərbyönümlü ACUM bloku (Maya Sandu-Andrey Nestase) – 26,17 faiz,
3. Hazırda iqtidarda olan və ölkənin ən güclü adamı Vlad Plaxotnyukun liderlik etdiyi qərbyönümlü Demokrat Partiyası – 23,99 faiz,
4. Şor Partiyası – 8,46 faiz.
Seçki qarışıq sistem üzrə keçirilib: 51 millət vəkili majoritar, 50-si proporsional sistem üzrə seçilib. Keçid baryeri 6 faiz olub.
Avrasiya İttifaqına inteqrasiyanın tərəfdarı olan və seçki ərəfəsində Rusiyadan açıq dəstək alan sosialistlər gözləniləndən daha az səs topladı. Seçkinin əsas sürprizinə isə Şor Partiyası imza atdı. Bu partiyanın lideri 1 milyard dollarlıq bank oğurluğunda adı keçən və 7,5 il müddətinə azadlıqdan məhrum olunmuş iş adamı İlan Şordur. (İş apellyasiya instansiyasında olduğu üçün hökm qüvvəyə minməyib.) İ.Şor məhkumluğuna baxmayaraq, daha əvvəl Orhei şəhərinin meri seçilmişdi, indi isə partiyası parlamentdə təmsil olunacaq. Demokratiyanın belə tərəfləri də var.
Hələ dəqiqləşməmiş ilkin hesablamalara əsasən demokratlar 33, sosialistlər 32, ACUM 25, Şor 7, müstəqillər 3 mandat alır. (Yekunda 2-3 mandat o yan-bu yana dəyişə bilər.) Əgər bu nəticələr rəsmiləşərsə, ACUM və demokratların sahib olduğu yerlərin sayı rahatlıqla qərbyönümlü koalisiya hökuməti formalaşdırmağa imkan verəcək. Lakin bir problem var: bu iki siyasi qüvvə arasında münasibətlər həddən artıq pisdir. Seçki kampaniyası dövründə də, ondan əvvəl də çox ağır qarşılıqlı ittihamlar səsləndirilib. Hətta seçki ərəfəsində ACUM liderləri Sandu və Nestase rəsmi şəkildə bəyan ediblər ki, seçkidən sonra heç bir qüvvə ilə koalisiya qurmayacaqlar. ACUM və demokratların masaya oturub anlaşması üçün yalnız bir yol qalır: Qərbin təzyiqi.
Digər variant budur ki, Plaxotnyuk və Dodon anlaşıb, sosialist-demokrat koalisiya hökuməti qura bilər, lakin bu, az ehtimallı ssenaridir. Əgər hökuməti formalaşdırmaq mümkün olmasa, ölkə erkən seçkilərə gedəcək.