
Rusiya müxalifətinin simvolu həbs olunub
Şlosberq Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə saxlanılıb
Şlosberq Ukrayna ilə bağlı söylədiyi fikirlərə görə saxlanılıb
Almaniya kansleri Merz Rusiyanı mülki insanlara qarşı terrorda ittiham edib
... Yaxud Rusiyanın Qərbə qarşı “həqiqət” cəhdi – GFCN
Rusiya Ukrayna hücumunda İngiltərəyə işarə edir
“Rusiyanın ən böyük düşməni” 13 ildən sonra dəyişdi
Peskov ABŞ-a niyə təşəkkür etdi?
Rusiyanın çəkinəcəyi heç bir ölkə, heç bir güc qalmadı
Rusiyanın Ukrayna ilə bağlı ABŞ və Böyük Britaniyadan tələbi
Böyük Britaniyadan Ukraynaya 100 minlik PUA yardımı
Yeni rus romanları müharibəyə çağırır
Rusiya Almaniyanı vurmaqla hədələyir, Merz isə Kiyevə dəstəyi artırır
Keçmiş MKİ rəhbərinin Rusiya ilə bağlı ilginc iddiaları
ABŞ Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı xəbərdarlıq edib
Rusiya PUA tədqiqatlarını təhsil sisteminə məcburi fənn kimi əlavə edir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Almaniya Ukraynaya dəstəyini davam etdirir
Ukrayna savaşını yəqin ki, “HİMARS-dan öncə” və “HİMARS-dan sonra” deyə iki şərti mərhələyə ayırmaq lazım olacaq. Çox effektiv silahdır. Dəqiqliyi çox yüksəkdir. “Smerç”lə, “Uraqan”la, “Qrad”la filan müqayisə bu silaha hörmətsizlik olar, çünki yeganə bənzərlik şassilərinin boyasıdır.
HİMARS gələndən bəri işğal altında olan ərazilərdə Rusiya ordusuna aid silah-sursat anbarlarının, yanacaq bazalarının, komanda məntəqələrinin və kazarmaların çox uğurla demilitarizasiyası həyata keçirilir. Yüksək rütbəli zabitlər başda olmaqla, yüzlərlə ölü və yaralı var. “Məntəqə təmizliyi” başa çatdıqdan sonra Ukrayna ordusunun böyük hücumları başlayacaq.
ABŞ hələlik Ukraynaya 8 ədəd HİMARS verib, daha 4-ü yoldadır. Britaniya, Norveç və Almaniya tərəfindən 9 ədəd M-270 də veriləcək. M-270 HİMARS-ın analoqudur, sadəcə, tırtıllı təkərlər üzərindədir. Beləliklə, yaxın həftələrdə 21 ədəd yüksək dəqiqliyə malik raket sistemi Ukrayna ordusunun sərəncamında olacaq. 8 ədəd HİMARS-la 2 həftədir qarşı tərəfdə ciddi çaxnaşma yaradan Ukrayna ordusu 21 sistemlə bunun üç qatını edəcək.
ABŞ ehtiyac görsə, bu sistemlərdən 21 yox, 51, hətta 91 ədəd də göndərə bilər. HİMARS və M-270-lərdən atılan, 300 km məsafəyə dəqiq zərbə endirən ATACMS operativ-taktiki raketləri hələ Ukraynaya verilməyib. Ukrayna bu raketləri alsa, daha dərinlikdəki, o cümlədən Krımdakı hərbi obyektləri də vuracaq. Rusiyadan postsovet məkanında, Qərbdə və digər yerlərdə qorxanlar hələ var, amma onun Ukrayna üzərində heç bir çəkindiriciliyi qalmayıb - bu önəmli məqamı daha əvvəl bir neçə dəfə qeyd etmişdim. Nüvə təhdidi də Ukraynada heç kimi qorxutmur. Qorxu hissini itirmiş düşmən, səndən zəif olsa belə, çox təhlükəlidir.
Ukraynanın canlı qüvvə ehtiyatı və ən əsası da xalqın əzmkarlığı bu savaşı illərlə aparmağa imkan verir: yeganə şərt Qərbin dəstəyinin azı hazırkı səviyyədə davam etməsidir. İndi Ukraynanın da, Rusiyanın da taleyi ABŞ-ın əlindədir. Hələ ki Ukraynaya NATO ölkələrinin istehsalı olan aviasiya, qısa mənzilli ballistik raketlər, strateji PUA-lar və digər modern sistemlər verilmir. Müharibə uzansa və bunlar da Ukraynaya verilməyə başlansa, “F-15”lər, “F-16”lar, “Thunderbolt”lar Ukrayna səmalarına tamamilə hakim olsa, Rusiya nə edəcək? ABŞ ordusunda qarşıdakı illərdə istismardan çıxarılacaq yüzlərlə bu tip döyüş təyyarələri, minlərlə tank, on minlərlə zirehli texnika var. Bunları Ukraynaya versə, nə olacaq?
Rusiyanı idarə edənlər arasında ağıllı adamlar qalıbsa, yəqin ki qalıb, oturub düşünməlidirlər. Şimal cəbhəsindən bir anda çəkilib, bunu “əslində bizim məqsədimiz Donbası azad etmək idi” əsaslandırması ilə rus xalqına “yedirənlər”, eləcə də Zmeinıy adasından çəkilib, bunu “xoşməramlı addım” kimi təqdim edənlər hər kimdirsə, başları işləyir. Onlar eynilə Ukraynanın cənubundan da (Xerson və Zaporojye) ordunu “xoşməramlı addım” kimi geri çəkə bilərlər. Belə olsa, Ukrayna masaya oturacaq və Makronun dediyi kimi, Rusiyanın sifətini qoruyan sülh əldə etmək mümkün olacaq.
Əks halda, hər iki tərəf üçün tükəndirici və qanlı olan bu savaş davam edəcək. Rusiyanın bu savaşda qələbəsinə imkan verilməyəcək.