Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
08:49 | 13 aprel 2022 | Çərşənbə
Məqaləyə 1712 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
ABŞ Ukraynaya daha 750 milyon dollarlıq silah-sursat verəcək. Nəhəng silah istehsalçıları - “Lockheed Martin”, “Raytheon”, “Northrop Grumman”, “General Dynamics”, “L3 Harris” və digər şirkətlərin təmsilçiləri sabah Pentaqona dəvət olunub. Görüşdə Ukraynanın modern silah sistemləri ilə təchizatı müzakirə ediləcək. Ukraynaya uzaq məsafədəki hədəflərə zərbə endirəcək raketlərin veriləcəyi gözlənilir.
Bir tərəfdə ağır sanksiyalar nəticəsində getdikcə resursları azalan Rusiya, o biri tərəfdə isə nə qədər itkilərə, dağıntılara məruz qalsa da, öz mövcudluğunu qorumaq üçün sona qədər döyüşməkdən başqa yolu olmayan, bunun üçün kifayət qədər insan ehtiyatına sahib və Qərbdən fasiləsiz rejimdə maddi, hərbi yardımlar alan Ukrayna var.
Ukrayna bu yardımlar nəticəsində uzun müddət döyüşməyə qadirdir, savaşın uzanması isə Rusiyaya sərf eləmir. Çünki bu cür gedişat sanksiyaların daha da ağırlaşması, beynəlxalq siyasi və iqtisadi təcridin daha da güclənməsi deməkdir. Müasir texnologiyalardan məhrum olan Rusiya sənayesinin, o cümlədən neft-qaz və hərbi sənaye kimi strateji sahələrin tədrici deqradasiyası qaçılmazdır. Rusiya savaşı tezliklə dayandırıb, Ukrayna ilə sülhə getməsə, elə bir vəziyyətə düşəcək ki, nəinki inkişaf yoluna çıxmaq, hətta müharibə başlayandan (24 fevral 2022-ci il) bir gün əvvələ səviyyəsinə qayıtmaq üçün ona uzun illər lazım olacaq.
Lakin görünən odur ki, müharibənin dayanması da Rusiyaya kömək etməyəcək. Cəmi ay yarım əvvələ qədər Moskvanın Qərbdəki 1 saylı strateji tərəfdaşı, hətta Merkel dövründə qeyri-rəsmi müttəfiqi olan Almaniyanın bugünkü mövqeyi geosiyasi vəziyyətin nə qədər kardinal dəyişikliyə məruz qaldığını göstərir. Prezident Ştaynmayer açıq şəkildə bildirdi ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə əlaqələr heç vaxt əvvəlki kimi olmayacaq. Bu, o deməkdir ki, Rusiya-Ukrayna sülhü olsa belə, sanksiyaların tez müddətdə ləğvini və Moskva ilə istiləşməni gözləməyə dəyməz.
Yəni Putin artıq Qərb üçün arzuolunmaz şəxs, toksik fiqurdur. Putin Qərb ictimai rəyində yeni Qəddafi, yeni Səddamdır. Qısa vədədə Rusiya üçün ən optimal yol bu ola bilər ki, elitalar yığışıb, bu qoca avantüristi hansısa şəkildə dövlətin başından kənarlaşdırsınlar.