vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
Rusiyada benzin qıtlığı 12:00 | 12 may 2026 | Çərşənbə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada benzin qıtlığı

Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın son aylarda Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr ölkədə benzin istehsalının azalmasına və bazarda qıtlıq yaranmasına səbəb olub.

VAXT.AZ “Kommersant” qəzetinə istinadən xəbər verir ki, Milli Birja Qiymət Agentliyinin məlumatlarına görə, mayın 8-də birja hərraclarında 32,64 min ton benzin satılıb. Bu, əvvəlki ticarət günü ilə müqayisədə 5,9% azdır.

Ən çox istifadə olunan yanacaq növlərindən olan Aİ-92 markalı benzinin satışı 8,9% azalaraq 20,34 min tona düşüb. Aİ-95 markalı benzinin satışı isə cüzi artaraq 12,24 min ton təşkil edib.

Bununla yanaşı, tələb Aİ-92 üzrə 23,46 min ton, Aİ-95 üzrə isə 26,34 min ton olub. Bu göstəricilər bazarda təklifin tələbi tam qarşılamadığını göstərir.

“Kommersant”ın bazar iştirakçıları arasındakı mənbəsinin sözlərinə görə, yay mövsümü ərəfəsində Aİ-95 markalı benzin üzrə artıq real təklif çatışmazlığı yaranıb.

Mənbə qeyd edib ki, yay aylarında vətəndaşların məzuniyyət səfərləri artdığı üçün Aİ-95 benzininə tələbat Aİ-92 ilə müqayisədə daha sürətlə yüksəlir.

Yanacaq çatışmazlığının əsas səbəbi Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində iri NEZ-lərdə aparılan planlaşdırılmamış təmir işləridir.

Aprel və mayın əvvəlində altı böyük zavod müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Nəticədə Rusiyada gündəlik neft emalı həcmi 4,69 milyon barelə enib ki, bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.

Sahə nümayəndələrinin qiymətləndirməsinə görə, bəzi zavodlarda bərpa işləri bir aydan çox davam edə bilər.

Mayın əvvəlində neft məhsullarının yüklənmə müddəti orta hesabla iki-dörd həftə uzanıb. Bu isə topdansatış şirkətlərinin ehtiyat toplamaq imkanlarını məhdudlaşdırır və yay aylarında benzin qıtlığı riskini artırır.

Ekspertlərin fikrincə, vəziyyət pisləşərsə, Rusiya hökuməti daxili bazarı təmin etmək üçün benzin ixracını dayandıra bilər.

2023 və 2024-cü illərdə də oxşar hallarda Moskva benzin ixracını müvəqqəti dayandırmışdı. Bu dəfə də artan tələb və zəif təklif fonunda analoji addımların atılması istisna edilmir.