Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
18:37 | 18 mart 2019 | Bazar ertəsi
Məqaləyə 2751 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Konqresin keçmiş üzvü, 46 yaşlı Beto O’Rurk (Robert Francis O’Rourke) ötən həftə prezidentliyə namizədlik uğrunda mübarizəyə qoşulacağını açıqladı.
Beto 2018-ci ilin noyabrında Senata keçirilən seçkilərdə qırmızı (mühafizəkar) ştat sayılan Teksasda cümhuriyyətçilərin ağır çəkili təmsilçisi Ted Kruz qarşısında uğurlu nəticə əldə etməsindən sonra populyarlaşdı. O, 48 faiz səs alaraq cəmi 3 faiz fərqlə güclü və təcrübəli rəqibinə uduzdu, amma demokratlar bunu qələbəyə bərabər məğlubiyyət kimi qəbul etdilər. B. O’Rurk kampaniya zamanı rekord miqdarda – 80 milyon dollardan çox ianə toplamışdı.
Prezidentlik iddiasını elan etdikdən sonra onun bir sutka ərzində 6,1 milyon dollar ianə toplaması da demokrat seçicilərin bu namizədlikdən ruhlandığını göstərən faktdır. Müqayisə üçün deyim ki, digər iddialı namizədlər – senator Berni Sanders ilk sutkada 5,9 milyon, senator Kamala Harris isə 1,5 milyon dollar toplamışdı. Betonun namizədliyinin yarışın favoriti sayılan sosialist Sandersin şansını bir qədər azaldacağı güman olunur. Demokratlar düşünür ki, Beto O’Rurk prezident seçkilərində Teksasın rəngini qırmızıdan maviyə çevirə bilər. Bu ştat prezidenti seçən seçicilər kollegiyasına 38 nümayəndə göndərir (Kaliforniyadan sonra ikinci), demokratların burada qələbə qazanması cümhuriyyətçilərə öldürücü zərbə olar.
İrland mənşəli Beto O’Rurkun həyatından maraqlı faktlar kimi bunları qeyd etmək olar ki, yeniyetməlik dövründə o, “Cult of the Dead Cow” (Ölü inəyin kultu) adlı haker qrupunun üzvü olub. “Haktivizm” sözünü məhz bu qrup dövriyyəyə buraxıb. (Haktivizm informasiya texnologiyalarından, internetdən sosial və siyasi məqsədlər üçün azad şəkildə istifadəni ehtiva edən anlayışdır.) Beto punk-rok musiqisinin pərəstişkarıdır, gəncliyində həvəskar qruplarda bas gitara və baraban çalıb. İki dəfə polislə problemi olub: başqasına məxsus əraziyə icazəsiz daxil olmağa və içkili avtomobil idarə etməyə görə.
Bəzilərinin “yeni Kennedi”, digərlərinin “bəyaz Obama” adlandırdığı Beto O’Rurk demokratların namizədi seçilsə, onunla Donald Trampın döyüşü çox maraqlı keçəcək.