vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
“Akademik” xəyanət ... 07:04 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Akademik” xəyanət ...

... Yaxud səssiz işğalın “Mehdiyev modeli”

Azər NİFTİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarix bəzən parlaq adları qızıl hərflərlə yazır, bəzən də qara mürəkkəblə. Ramiz Mehdiyev bu iki rəngin sərhədində dayanmış, lakin sonda kölgəyə çevrilmiş bir məmur obrazıdır: xəyanətin akademiki, intriqanın memarı, səssiz fitnənin müəllifi.

Onun adı uzun illər “ideoloq”, “alim”, “dövlət xadimi” kimi təqdim olundu. Amma əslində o, dövlətin sinəsini bürüyən, illərlə sistemin qanını udan gizli bir bakteriya idi. Təcrübəsi vardı, amma bu təcrübədən xalqın, dövlətin, dövlətçiliyin xeyrinə deyil, öz kölgəsinin böyüməsinə sərf etdi.

Ramiz Mehdiyev dövlətin qapılarını ideyalar üçün yox, qorxu üçün açdı. Mehdiyev tənqidin üzərinə “xəyanət damğası”, yaltaqlığın üzərinə “sədaqət möhürü” vurdu. Onun yaratdığı ideoloji mühitdə düşünən insanlar susduruldu, düşünməyənlər isə yüksəldi. Əslində, bu, sadəcə bir cəmiyyətin faciəsi deyildi, bir sistemin zəhərlənməsi idi.

İllərlə “sadiq” göründü, amma sadiqlik onun üçün sadəcə alət idi. O, özünü dövlətin beyni kimi təqdim edirdi, amma əslində o beyin çoxdan vicdanını itirmişdi. Hər addımı hesablanmış, hər sözü ölçülüb-biçilmiş, hər sədaqəti saxta idi.

Ramiz Mehdiyev məmur arxetipinə yeni bir qat əlavə etdi – “akademik xəyanət” qatını. Onun üçün vəzifə ideya deyil, qalxan idi. Elmi titullar, fəlsəfi cümlələr, tarixi sitatlar - hamısı bir məqsədə xidmət edirdi: hakimiyyətə yaxın olmaq, amma eyni zamanda ondan uzaqlaşmağa yol saxlamaq. O, hər zaman ehtiyat çıxış qapısını açıq saxlayırdı - sanki xəyanət onun həyat sığortası idi.

Belə adamlar dövlətin ən təhlükəli düşmənləridir. Çünki onlar düşmən kimi gəlmirlər - dost kimi otururlar, “sədaqət” libasında görünürlər. Onlar qılıncla yox, qələmlə, sözlə, intriqa ilə vururlar. Ramiz Mehdiyev kimi məmurlar dövlətin içindən çürüməsini təmin edən görünməz bakteriyalardır.

Vaxtilə minlərlə gəncin arzularını “partiya intizamı”, “ideoloji xətt” adı ilə boğan o sistemin arxasında o dayanırdı. O, cəmiyyətin enerjisini sındırmaq və düşüncəni nəzarətə almaq üçün planlı şəkildə çalışdı. Və bu gün biz onun “sədaqət illəri”nin ağır nəticələrini yaşayırıq: etimadsızlıq, susqunluq, yalanın adiləşməsi.

Ən böyük xəyanət, bəzən birbaşa düşmənlikdə deyil, səssiz təbəssümdə, susaraq zərər verməkdədir. Ramiz Mehdiyev bu səssizliyin ustası idi. O, heç vaxt qışqırmadı, amma hər kəlməsi bir çox taleləri susdurdu.

İndi o səhnədən getmiş kimi görünür. Amma onun yaratdığı məmur düşüncə tərzi qorxunun, riyakarlığın, ikiüzlülüyün mirası bəzi “dairələrdə” hələ də yaşayır. Ramiz Mehdiyev fiziki olaraq kölgəyə çəkilib, lakin onun obrazı bəzilərinin damarlarında hələ də dolaşır.

Tarix bu cür məmurları mükafatla yox, lənətlə xatırlayacaq. Çünki dövlətin ən böyük düşməni təkcə xaricdən gəlmir, bəzən o, içimizdə illərlə “xidmət edir”.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)