
“Peşka”ların həşiri...
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Ramiz Mehdiyev haqqında həbs qərarı – 4 aylıq ev dustaqlığı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilə bilər
Ramiz Mehdiyev istefa verdi
Barəsində 4 aylıq ev həbsi verilən Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ona qarşı irəli sürülmüş ittihamlar nəticəsində əmlaklarının müsadirə olunması riski ilə üzləşə bilər.
Açıq mənbələrə əsasən, Mehdiyevə aid edilən əmlak kifayət qədər böyükdür. Xüsusilə, Novxanıda üzüm bağları və Bakı, Abşeron və Goranboyda ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları – o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar torpaq sahəsi göstərilir.
Həmçinin Maştağa qəsəbəsində həyat yoldaşı Qalina Mehdiyevanın adına 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq sahəsi qeyd olunur. Ailənin mülkiyyətində həmçinin gəlini Nigar Mehdiyevanın adına olan “Digital Media” MMC-də pay var. Bu şirkət 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş “Media FM” radiosunun sahibidir.
Kamilə Əliyevaya Bakı şəhəri, İstiqlaliyyət küçəsi 11 ünvanında mənzil məxsusdur — bu ünvan həm də “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır. Mehdiyevə həmçinin Dilarə Əliyeva küçəsi 251A ünvanında yerləşən bir sıra obyektlər də aid edilir: “Topaz” və “Qala-R.L” mənzil-tikinti kooperativləri (MTK), “NLT” və “Premium Store” MMC-lər. Siyahıya həmçinin “NLT” MTK, “Servis”, “Grand Palace”, “Astoriya”, 2020-ci ildən “German Hospital” adlanan “Astoriya Tibb Mərkəzi” MMC və 2014-cü ildə açılmış, sahəsi 5 min kvadratmetrdən çox olan “Qrandezza” ticarət mərkəzi daxildir.
Mehdiyev ailəsi 50 milyon manat nizamnamə kapitalına malik “BTB” ASC bankının 75%-lik səhm paketini gəlini vasitəsilə nəzarətdə saxlayır. Bank “BTB Lizinq” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.
Bundan əlavə, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən “Şərq-Qərb” nəşriyyatı ilə əlaqələndirilir. Nəşriyyatın ərazisində 408 mənzilli 16 mərtəbəli bina və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər sırasında “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC göstərilir.
Ailəyə həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa – Bakıda Tiflis prospektində yerləşən (36 sot, satış qiyməti 8 milyon dollar göstərilib), Göyçay, Şamaxı və Göygöl rayonlarında villalar aid edilir.