
Ramiz Mehdiyevin varidatı
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Ramiz Mehdiyev haqqında həbs qərarı – 4 aylıq ev dustaqlığı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilə bilər
Ramiz Mehdiyev istefa verdi
Ramiz Ənvəroviçin anası Marqonun goru çatlasın… Bir vaxt ona “dahi filosof”, “böyük dövlət adamı”, “təcrübəli siyasətçi” deyib ayaqqabısını yalayanlar, çevrəsində zingildəyənlər və bu iyrəncliklərin qarşılığında biətedənlər kateqoriyasına girib vəzifə, şöhrət qazananlar indi üzünə dururlar.
Bu ölkə ovuc içi boydadır. Ramiz Mehdiyev son 40-50 ildə siyasi, ictimai həyatda olanların hamısının həyatından keçib. Kimdən necə keçib, gözümüzün qarşısında olub. Onun dirijor çubuğu həm iç, həm dış siyasətdə çox təsirli idi. Uzun illər masasına dəyməyən kağız daha üstlərə gedib çatmayıb. Təqdimatlar kimi təsnifatlar da onun nəzarətində olub. Şahmat taxtasına füqur düzürmüş kimi düzüb siyasi səhnəyə çoxlarını. İndi o şahmat taxtasının filləri, topları, atları qorxudan sarılarını udub, “peşka”lar həşirdədir.
Rəsmi ittihamın arxasında dəqiq hansı motiv dayanır, bəlkə də bu, uzun illər yalnız qapalı qruplara bəlli olacaq. İndiki siyasi reallıqlar bunu anlaşılan edir. Bəzən qapalı prosesin faydası daha çox olur. Əsas olan bir qara yaranın Azərbaycanın bağrından kəsilməsidir. Amma o son damla nə olub? Çox maraqlıdır…
İstintaqın işi çətindir. Bütün həyatını Bakının Kremin nəzarətindən uzaqlaşmamasına həsr edən, bunun üçün fitnə əkib şər biçənə ittiham dosyesi neçənci ildən başlayaraq yazılmalıdır ki, onun ölkə qarşısındakı suçları bir araya toplansın? Aydındır ki, Azərbaycan dövlətinin təməllərini sarsıtmaq, iqtidarı silkələmək, xaos yaradaraq siyasi situasiyanı öz xeyrinə dəyişmək çox ciddi təcrübəsi olmasına baxmayaraq 87 yaşına çatıb canı ilə əlləşən, son illəri şəhərdən kənarda faktiki təcrid həyatı yaşayan bir qocanın gücündə olan iş deyil. Demək çevrilişi etmək onun daha gənc “əlinə, qoluna” düşür. İndi əsas olan o qolları budamaq, Azərbaycan dövlətinə uzanan əlləri kəsməkdir. Kimlərəsə ifadələr sərt görünə bilər. Ramiz Ənvəroviç yaxın siyasi tarixin ən qəddar, ən anti-milli fiquru olub. Onillərlə pambıqla baş kəsib. “Qüsurumuza” baxmayın, onun “şəninə” başqa ifadələr yaraşmır.
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur. Eynən müstəqillik tərəfdarlarının kölə zehinlilərə nifrəti kimi. Bir neçə il öncə Moskvada Azərbaycanın kommunist rəhbərlərindən Əbdürrəhman Vəzirovla söhbətdə bunu bir daha anlamışdım. Milli qüvvələrə necə nifrət edirdi… Mehdiyevin həbs xəbəri gələndə Vəzirov yadıma düşdü. Düşünün.., ömür boyu çalış, çarpış, Kremllə təhlükəli oyunlar qur, amma tutmasın - proses tərs getsin, Azərbaycan dirçəlsin, müstəqilliyi möhkəmlənsin, başına “Tərtər bəlası” açılan Ordu Qarabağda möhtəşəm zəfər qazansın, suverenlik bərpa olunsun, Türk Dövlətlər Birliyi Qurulsun, Zəngəzur ABŞ-ın patronajlığında açılsın, bir zamanlar hər kəsi hüzuruna çağıran Putin Azərbaycan liderinə yanaşmaq üçün dünyanın o başında yaşlı əzələlərilə kreslo sürütləsin… Ölmək daha necə olur?
Bir də üstünə həbs…
Nəhəng sərvətin irin, həyatın yara.
Birinci səhnənin sonu…
Antraktdan sonra maraqlı olacaq…