vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
Niyə ev dustaqlığı? 13:32 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə ev dustaqlığı?

Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi cinayət işi üzrə qərar qəbul edib.

Vaxt.AZ Oxu.AZ-a istinadən xəbər verir ki, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ictimaiyyətdə bir sıra suallar yaradıb. Yəni, ittiham olunan şəxs barəsində hansı hallarda ev dustaqlığı qətimkan tədbiri seçilə bilər-xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilirsə?

Mövzu ilə bağlı açıqlama verən vəkil Emil Aslanov bildirib ki, ev dustaqlığı qətimkan tədbiri Cinayət Prosessual Məcəllənin 163-cü maddəsində qeyd edilir:

“Bildirilir ki, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir. Belə. Yəni, şəxsi həbsdə saxlamadan, cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilən azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Təbii ki, müttəhimin şəxsiyyəti, sağlamlığı, yaşı və cinayətdə rolu nəzərə alınaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilə bilər”.

“İttiham olunan şəxsin cinayət tərkibi istintaq dövründə tam sübuta yetirilərsə, məhkəməyə veriləcək, məhkəmə də ona 12 ildən 20 ilə və ya ömürlük cəza tətbiq edə bilər”, – deyə vəkil vurğulayıb.