Kukla “Boz kardinal”
Mehdiyevin idarəçiliyi Qalinanın əlində olub
10:57 | 26 oktyabr 2025 | Bazar
Məqaləyə 123 dəfə baxılıb
Şriftin ölçüsü
Mehdiyevin idarəçiliyi Qalinanın əlində olub
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Naxçıvan ağsaqqalları mənimlə söhbətləri zamanı israrla bildirirdilər ki, Ramiz Mehdiyevin anası onu Naxçıvana qucağında gətirib. Bununla da sanki Ramiz “Ənvəroviç”in qeyri-məşru evlilikdən törəmiş uşaq olduğuna eyham vururdular. Hətta açıq şəkildə deyirdilər ki, qonşuluqda bu barədə dedi-qodular da yayılmışdı. Nə qədər Ramiz Mehdiyevə böyük məhəbbətim olmasa da, açığını desəm, bu iddialara inanmırdım. Sanki içimdə bir hiss yaranmışdı ki, Ramiz Mehdiyevin anasının qucağında Naxçıvan şəhərinə gəlməsində bir sirri-Xuda var. Amma bu nə idi?
Bu yaxınlarda Ramiz Mehdiyevin adını açıqlamaq istəmədiyim həmkəndlisi ilə söhbətim zamanı bu mövzunu ondan soruşdum. Adam mənə çox ciddi və inandırıcı məlumatlar verdi. Bildirdiyinə görə, Ramiz Mehdiyev bir çox bioqrafik məlumatlarında yazıldığı kimi, heç də Bakıda dünyaya gəlməyib. Şərur rayonunun Qarxun kəndində anadan olub. Qardaşı uşaqları bu gün belə, o kənddə yaşayır. Onun barəsində bu cür şayiələrin yayılması isə səbəbsiz deyilmiş. İddialara inansaq, 1938-ci ilin aprel ayında anadan olan Ramiz Mehdiyevin atası Ənvər kişi bir ildən sonra səfərbərliyə alınaraq yenicə başlamış Finlandiya-SSRİ müharibəsinə göndərilir. Hansısa səbəbdən ondan uzun illər xəbər alınmır. Yoldaşı bu səbəbdən övladını qucağına alıb başqa yerlərə köçür və oralarda məskunlaşır.
Ənvər kişi uzun illərdən sonra vətənə qayıdandan sonra da problemləri bitmir. Sovet hakimiyyəti onun müharibə dövründə düşmənə satıldığından şübhələnirmiş və bu səbəbdən bütün qohum-əqrəbaları qorxularından Ənvər kişi ilə bütün əlaqələrini kəsir. Hətta Ramiz Mehdiyevin özünün də sovet hakimiyyətinin ağır dövrlərində atası barədə danışmaqdan xoşlanmır. Hakimiyyət pillələrində yüksələ bilsin deyə, bir növ ondan imtina edir. (Yeri gəlmişkən, haşiyəyə çıxaraq bildirmək istərdim ki, Ramiz Mehdiyev kadr seçimində də özü kimi atasından imtina edənlərlə işləməyə üstünlük verirdi. Təsadüfi deyil ki, Ramiz “Ənvəroviç”in ən yaxın silahdaşı da (kimdən söhbət getdiyini bildiyiniz üçün özümə əziyyət verib adını çəkmirəm) atasından imtina etmişdi. Beləcə, özü və əsli-kökü barədə şayiələrin yayılmasına şərait yaradır.
Naxçıvan şəhərində yaşadığı zamanlar anası ağır xəstəlik keçirir və qısa müddətdən sonra həyatla vidalaşır. Uşaq yaşda yetim qalan Ramiz Mehdiyevin internat məktəblərindən birində yetişdirildiyi iddia olunur. Beləcə, valideynlərinin ikisini də müxtəlif səbəblərdən itirən Ramiz Mehdiyevin təlim-tərbiyəsi tamamilə sovet rejiminin ümidinə qalır.
Qısası, ot kökü üstə bitər, Ramiz Mehdiyevin atası da özü kimi vətənə xəyanətdə şübhəli bilinirmiş.