Qanun mexanizmi təkmilləşdirəcək
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
15:07 | 17 oktyabr 2025 | Cümə
Məqaləyə 2496 dəfə baxılıb
Şriftin ölçüsü
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Yeni qida normaları təsdiq ediləcək
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
“Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.
Vaxt.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkili Siyavuş Novruzov isə həmkarının fikirlərində yanlışlıq olduğunu deyib: “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.
Müzakirəyə spiker Sahibə Qafarova da qoşulub: “Çıxışlarda bəzi nöqsanlar olur. Burada olan çıxışlarda da bəzi nöqsanlar oldu”.
Spiker S.Novruzova xitabən “Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”, - deyə əlavə edib.
***
Tənzilə Rüstəmxanlı öz növbəsində həmkarına cavab verib: “Buna cavab verməsəm, olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi.
Qeyd etdiyim 7 mart 1991-ci ildə SSRİ-nin bərpa olunması ilə bağlı idi. Deputatların cəmi 43-ü, içində də Heydər Əliyevin təmsil olunması ilə referendumun əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim. Çox istərdim ki, bu gün dövlət çevrilişində əli olan Azərbaycanın ən yüksək məqamlarını işğal edən Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”.
Sahibə Qafarova da Tənzilə Rüstəmxanlının fikirlərinə qoşulub: “Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacağam”.
İclasın gedişində Siyavuş Novruzov söz istəsə də, spiker ikinci dəfə bu məsələ ilə bağlı deputata söz verməyəcəyini bildirib.