
Məcəllə Milli Məclisdə qəbul olundu
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Yeni qida normaları təsdiq ediləcək
Keçdiyimiz yol, sevincli, kədərli, təzadlı taleyimiz ilham qaynağım olub
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Təkcə 55 adda hərbi təyinatlı məhsul satırıq
Bu ödənişlərdə yubanmaları olanların kredit tarixçəsi pisləşməyəcək ...
“JPMorgan”ın baş direktoru Dimon tənəzzüllə bağlı bəyanat verir
... Və müavinəti necə əldə etmək olar?
Nağdsız cəmiyyətin gözlənilməz faydası
ABŞ-ın dövlət borcunun 156 faizə yüksələcəyi gözlənilir
Artımın nələrə təsiri olacaq?
Avqust ayında ABŞ büdcəsi hesabatı ürəkaçan olmayıb
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olundu. Dəyişikliklərə əsasən dövlət büdcəsindən verilən büdcə ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq. Yəni, bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur.
Belə ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.
Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.
Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.