Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
12:40 | 10 aprel 2026 | Cümə
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
35 milyardlıq azalma var
Hesablama Palatası, Maliyyə Nazirliyi və Qanun ...
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
“JPMorgan”ın baş direktoru Dimon tənəzzüllə bağlı bəyanat verir
ABŞ-ın dövlət borcunun 156 faizə yüksələcəyi gözlənilir
Avqust ayında ABŞ büdcəsi hesabatı ürəkaçan olmayıb
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
İnflyasiyanın daha çox təsirləndirdiyi aztəminatlı insanları dəstəkləmək üçün ...
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
«2017-ci ildə dövlət büdcəsinin kəsiri kifayət qədər aşağı idi»
Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?
Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq
“Sizə bir xoş, bir də pis xəbərim var – yaxşı xəbər odur ki, Vergi Xidməti 2025-ci il ərzində ölkədə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb, şəffaflıq üçün yaxşı təşəbbüsdür”.
VAXT.AZ xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib.
N.Cəfərlinin sözlərinə görə, pis xəbər odur ki, ilk 10 yerdə qərar tutan bütün hüquqi şəxslər ancaq və ancaq neft - qaz və bu sahəyə xidmət göstərən şirkətlərdir:
“İlk 30 yerdə qərar tutan şirkətlərin isə 16-sı yenə də enerji sektorudur, siyahıda adı olan 100 şirkətin isə yarıdan çoxu yenə də neft-qazla bağlıdır.
Rəsmi rəqəmlərə görə siyahıda 1-ci yerdə olan “AZNEFT” İSTEHSALAT BİRLİYİ 2025-ci ildə 1 mlrd. 508 milyon manat vergi ödəyib, qeyri-neft sektoruna aid olan, siyahıda ən yüksək yerdə olan “KAPİTAL BANK” ASC-dir ki, bu sistemdaxili oyunçu olan bank, 2025-ci ildə 131 mln. 900 min manat vergi ödəyib”.
İqtisadçının sözlərinə görə, neft-qaz sektorunun vergi lideri büdcəyə qeyri-neft sektorunun ən çox vergi ödəyən şirkətindən 11,5 DƏFƏ çox ödəniş edib.
“Ölkə iqtisadiyyatının mənzərəsi də, aşağı-yuxarı belədir, hökumətin qeyri-neft sektorunun inkişafı ilə bağlı şanlı bəyanatlarına, insafən mütləq rəqəmlərdə müəyyən artımın olmasına baxmayaraq, məmləkətdə neft-qaz sahəsinin makro səviyyədə iqtisadiyyata təsiri, qeyri-neft sektoruna üstünlüyü, elə hardasa, 11-in 1-ə nisbətindədir”, – deyə Natiq Cəfərli bildirib.