Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
09:29 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 190 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
ABŞ prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskın üçüncü partiya yaratmaq səylərindən məmnun olmadığını bildirərək, bu ideyanın “qıcıqlandırıcı” olduğunu bildirib.
Tramp jurnalistlərə Maskın üçüncü tərəf (partiya) yaratmaq ideyasını “absurd” hesab etdiyini söyləyərək hava limanında mediaya verdiyi açıqlamada iş adamının səylərini tənqid edib.
Təyyarəsinə minməzdən əvvəl mətbuat mənsublarının suallarını cavablandıran Tramp, “Məncə, üçüncü tərəfin yaradılması ideyası bezdiricidir” dedi.
Tramp Respublikaçılar Partiyasının uğurunu vurğulayarkən, üçüncü tərəfin “çaşqınlıq yaradacağını” qiymətləndirib.
“X” sosial media platformasındakı hesabında etdiyi paylaşımda Mask cümə günü ABŞ-ın müstəqillik gününün qeyd edilməsinə istinad edərək, “Müstəqillik Günü ikipartiyalı (bəziləri deyirlər ki, təkpartiyalı) sistemdən müstəqillik istəyib-istəmədiyinizi soruşmaq üçün mükəmməl vaxtdır”, – deyib.
Mask “X”də başladığı sorğunun nəticələrini “Amerika Partiyasını qurmalıyıqmı?” sualı ilə paylaşıb və hər üç amerikalıdan ikisinin bu suala “hə” cavabını verdiyini bildirib.
***
ABŞ prezidenti Tramp sel fəlakətinin baş verdiyi Texasa nə vaxt səfər edəcəyi sualına “Yəqin ki, cümə günü” deyə cavab verib.
Sel fəlakəti ilə bağlı məlumatların qeyri-kafi olmasında Milli Meteoroloji Xidmətini (NWS) günahlandırmadığını ifadə edən Tramp, çay kənarında qurulan çadırlarda həyatını itirən tələbələrə görə məsuliyyəti düşərgə rəsmilərinə aid etməyib.
Tramp belə bir fəlakətin əsrdə bir dəfə baş verdiyinə diqqət çəkib.
Digər tərəfdən, ABŞ prezidenti Qırmızı dənizdə hücuma məruz qalan gəmi ilə bağlı xəbərdar olub-olmadığını soruşduqda, “Bu axşam və ya sabah sizə hesabat verəcəyik”, – deyib.
ABŞ mətbuatı Qırmızı dənizdə Liberiya bayraqlı gəmiyə hücum edildiyini və alovlanan gəmidəki heyətin gəmini tərk etdiyini xəbər vermişdi.