
Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
... Həyatın izi ola bilər?
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA), “SpaceX” şirkətinin Ay enişi planında gecikmələr yaşandığını açıqlayıb və Ay missiyası üçün başqa şirkətlərin də yarışa qoşulmasına imkan verəcəyini bildirib.
NASA-nın müvəqqəti rəhbəri Şon Daffi (Sean Duffy) “Fox News” telekanalına müsahibəsində “SpaceX”in 2,9 milyard dollarlıq İnsanlı Eniş Sistemi (HLS) layihəsində planlaşdırılan qrafikdən geri qaldığını deyib.
Daffi bildirib ki, Prezident Donald Tramp astronavtların Aya qayıtmasını istəyir və bununla Çinliləri geridə buraxacağına əmindir. O əlavə edib ki, NASA bu müqaviləni digər şirkətlərə də açmaq niyyətindədir: “Biz bu prosesdə ‘Blue Origin’in və bəlkə də digər şirkətlərin də iştirakını görə bilərik”.
NASA-nın bu addımı, 2021-ci ildə milyarder sahibkar İlon Maskın “SpaceX” şirkəti ilə imzalanmış 2,9 milyard dollarlıq müqavilədə ciddi bir dönüş kimi qiymətləndirilir.
Razılaşmaya əsasən, “SpaceX” tərəfindən hazırlanmış dünyanın ən böyük raketi “Starship”, Artemis III missiyası çərçivəsində insanları Ay səthinə endirməli idi.
Ay-a dönüş: “Artemis” proqramı
NASA-nın Ay-a dönüş təşəbbüsü olan “Artemis Proqramı”, astronavtların yarım əsrdən sonra yenidən Aya göndərilməsini hədəfləyir.
Proqramın ilk mərhələsi — “Artemis I”, “Orion” kosmik aparatının Ay ətrafında dövrə vurub Yerə qayıtması ilə 2022-ci ilin dekabrında uğurla tamamlanmışdı.
İkinci mərhələ – “Artemis II”, astronavtların Aya eniş etmədən 10 günlük uçuş həyata keçirməsini nəzərdə tutur. Lakin aparatla bağlı təhlükəsizlik və texniki problemlər, eləcə də astronavt geyimləri və eniş modulları ilə bağlı çətinliklər səbəbindən missiya 2025-ci ilin sonuna təxirə salınmışdı.
NASA daha sonra bildirmişdi ki, texniki risklərə görə “Artemis II” missiyası sentyabr 2025-dən 2026-cı ilin aprelindən sonrakı tarixə, “Artemis III” – yəni Aya eniş mərhələsi isə 2026-dan 2027-ci ilə ertələnib.
Bu qərar, “SpaceX” üçün önəmli bir geriləmə kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, NASA-nın “Blue Origin” və digər şirkətləri prosesə cəlb etməsi, gələcək Ay proqramlarında rəqabəti və texnoloji risklərin bölüşdürülməsini hədəfləyir.