Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
09:16 | 1 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 266 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
İlon Mask Almaniyada keçiriləcək yerli seçkilər öncəsi sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına açıq dəstəyini bir daha ifadə edib. Ruhr bölgəsində partiya son dövrlərdə yüksəlişdədir.
Mask sentyabrın 14-də keçiriləcək Şimali Reyn-Vestfaliya (NRW) yerli seçkiləri öncəsi “X” platformasındakı paylaşımında, “Ya Almaniya AfD-yə səs verəcək, ya da Almaniyanın sonu gələcək”, – yazıb. Bu açıqlama, son dövrlərdə əyalətdə yüksəlişdə olan AfD-yə marağı daha da artırmaq potensialına malikdir.
“NRW”də 13,7 milyon seçici var və bu, Almaniyanın ən çox əhalisi olan əyalətidir. Bu səbəbdən keçiriləcək yerli seçkilər federal səviyyədə siyasi meylləri ölçmək baxımından kritik test hesab olunur. Xüsusilə SPD-nin ənənəvi qalası olan Ruhr bölgəsində AfD-nin geniş bazaya sahib ola biləcəyi qiymətləndirilir.
Fevral ayında Gelsenkirçen şəhərində keçirilən səsvermədə AfD 24,7% səs toplayaraq SPD-ni az fərqlə geridə qoyub. Duisburg II seçki bölgəsində isə AfD 24,6% səs ilə SPD-dən sonra ikinci yerdə qərarlaşıb. Halbuki 2020-ci il yerli seçkilərində AfD əyalət üzrə yalnız təxminən 5% səs qazanmışdı.
İlon Mask AfD-yə dəstəyini ilk dəfə açıqlamır. 2025-ci ilin əvvəlində keçirilmiş ümumi seçki kampaniyasında da o, “Almaniyanı yalnız AfD qoruya bilər” ifadəsini paylaşmışdı.
“Tesla”nın Brandenburqdakı Grünheide fabrikində istehsal həyata keçirən Mask dəstəyini yalnız sözlə ifadə etməmiş, AfD lideri Alis Vaidel (Alice Weidel) ilə X platformasında görüşüb. Həmçinin video vasitəsilə AfD-nin Halle şəhərindəki seçki mitinqində iştirak edib. Orada etdiyi çıxışda Mask, “AfD Almaniya üçün ən yaxşı ümiddir və Alman olmaqla fəxr etmək problem deyil”, – deyib.
Maskın siyasi mövqeyi, xüsusilə Almaniyadakı iş dünyasında öz əksini tapmağa başlayıb. Bəzi Alman şirkətləri Maskın sahibi olduğu “X” platformasındakı aktivlərini sonlandırmaq qərarı alıb. Bu addım, firmaların platformaya olan investisiya istəklərini də azaldır.
Bununla yanaşı, Tesla qlobal səviyyədə də təzyiq altındadır. İyul ayında şirkət ardıcıl ikinci dəfə mənfəət azalması ilə üzləşib. İlin ikinci rübündə Tesla 1,17 milyard dollar xalis mənfəət açıqlayıb ki, bu keçən ilin eyni dövrünə nisbətən 16% azalma deməkdir. Gəlirlər isə 12% azalaraq 22,5 milyard dollara düşüb. Bu azalmanın əsas səbəbi təslimatların 13,5% geriləyərək 384.122 avtomobilə enməsidir.