
NASA xəbərdarlıq etdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Onu nə vaxt və harada izləmək olar?
“2040-cı ilə qədər Ay və Marsda həyat başlayacaq”
Elm dünyası, Mars haqqında indiyədək qəbul edilən fikirləri alt-üst edəcək yeni bir kəşflə çalxalanır. Çin və ABŞ-dan tədqiqatçılar, uzun illərdir qəbul edilən “Marsın tamamilə maye nüvəyə sahib olduğu” fikrini təkzib edən dəlillərə çatdı.
Çin Elmlər və Texnologiya Universiteti ilə ABŞ-dakı Texas Universitetindən olan tədqiqatçılar, ABŞ-ın artıq missiyasını tamamlayan “InSight” proqramı çərçivəsində əldə edilən seysmik məlumatları təhlil edib.
600 kilometr radiusunda
Tədqiqatçılar, Marsın dərinliklərində 600 kilometr radiusunda bərk daxili nüvənin olduğunu aşkar edib.
Dünya nüvəsinə bənzəyir
Marsın radiusunun təxminən 18%-nə uyğun gələn bu bərk kütlənin Dünya nüvəsinə bənzədiyini qeyd edən alimlər, araşdırma çərçivəsində əldə edilən nəticələrin planetin termal və kimyəvi vəziyyətini anlamaq üçün istinad xarakteri daşıdığını bildiriblər.
Alimlər daxili nüvənin karbon, oksigen və hidrogen kimi yüngül elementlərin sıxlaşması ilə yarandığını, həmin elementlərin kristallaşma yolu ilə xarici nüvədən ayrıldığını izah ediblər. Marsın keçmişdə güclü maqnitlənmiş qabığına baxmayaraq qlobal maqnit sahəsinin olmaması planetin dinamo fəaliyyətinin sona çatdığını göstərir.
Tədqiqatçılar vurğulayıblar ki, nüvənin kristallaşması və daxili nüvənin mövcudluğu bu prosesin anlaşılmasında həlledici rol oynaya bilər.
Əvvəlki fikirlərin əksinə olaraq Marsın tamamilə maye nüvəyə sahib olmadığını üzə çıxaran bu iş, planetin formalaşması və təkamülü ilə bağlı uzun müddətdir davam edən mübahisələrə işıq tutub.
Araşdırma “Nature” jurnalında dərc olunub.