
Matryoşka kimi kainatlar
Biz bir qara dəliyin içində yaşayırıq?
Biz bir qara dəliyin içində yaşayırıq?
... Həyatın izi ola bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
İnouye Teleskopu tədqiqatlarda inqilab edir
Venerada həyat axtarışları zamanı təsadüfən kəşf edilən ionik mayelər, qayalı planetlərdə həyat əlamətlərini yenidən müəyyənləşdirir.
Sara Siqır (Sara Seager) və Raxana Aqraval (Rachana Agrawal) rəhbərliyindəki komanda, ilkin olaraq Veneranın sulfat turşusu buludlarında həyat izlərini araşdırmağa fokuslanmışdı. Lakin bu tədqiqat zamanı tamamilə təsadüfən yeni bir maye sinfi kəşf etdilər – ionik mayelər. Bu mayelər 100 dərəcədən aşağı temperaturlarda belə maye qala bilən duzlardan ibarətdir və bu xüsusiyyətləri ilə biokimyəvi proseslər üçün potensial həlledici ola biləcəkləri düşünülür.
Laboratoriyada aparılan təcrübələrdə tədqiqatçılar sulfat turşusunu qlisin kimi azot tərkibli üzvi birləşmələrlə qarışdırdılar. Sulfat turşusu buxarlansa da, arxada qalın və yapışqan maye qatı qaldı – bu da ionik mayenin özüdür.
Bu tip mayelərin, vulkanik fəaliyyət nəticəsində sulfat turşusunun yayıldığı və bunun üzvi qalıqlarla qarşılaşdığı qayalı planetlərdə də əmələ gələ biləcəyi güman olunur. Komanda 30-dan çox üzvi birləşməni test etdi və hər dəfə 180 dərəcəyə qədər maye halını saxlayan sabit ionik mayelər yarandı.
Həyat əlaməti zona genişlənə bilər
Bu kəşf, astrobiologiya baxımından kiçik bir inqilab hesab olunur. Aqraval, “Əgər biz artıq ionik mayeləri bir ehtimal kimi nəzərdən keçiririksə, bu, bütün qayalı dünyalar üçün həyat əlaməti olan zonanı dramatik şəkildə genişləndirə bilər”, – deyib.
Astrobioloqlar üçün bu inkişaf, Venera, Saturunun peyki Titan və ya uzaq ulduz sistemlərindəki isti super-yerlər kimi, suyun maye halda demək olar ki, olmadığı göy cisimlərini yenidən qiymətləndirmə imkanı yaradır. Çünki bu mühitlərdə ionik mayelərin mövcudluğu mümkündür. Bu da Yer planetinin kainatda həyat daşıyan yeganə dünya olmaya biləcəyi ehtimalını bir daha gündəmə gətirir.