
ABŞ böhranın kənarında
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
Dolların dəyər itirməsi qızılı yenidən rekord səviyyəyə çatdırdı
ABŞ valyutası hökumətin bağlanma riski fonunda zəiflədi
Qlobal bazarlarda göstəriciləri gözləyir
Qiymətli metal ardıcıl 6-cı həftəlik qalibiyyətinə yaxınlaşır
ABŞ dolları, investorların diqqətini iki gün sonra keçiriləcək “Jackson Hole” İqtisadiyyat Simpoziumuna yönəltdiyi dövrdə güclənməyə davam edir. FED-in pul siyasəti ilə bağlı işarələr gözlənərkən, dollar ardıcıl üçüncü sessiyada da dəyər qazandı. Dolların altı əsas valyutaya qarşı vəziyyətini ölçən “dollar indeksi” 0,1% artaraq 98,44 səviyyəsinə yüksəldi və avqustun 12-dən bəri ən yüksək dəyərinə çatdı.
“Dollar endeksi” həftənin ilk iki iş günündə təxminən 0,4% artım göstərmişdi. Bu artım, investorların faiz gözləntilərinə qarşı ehtiyatlı mövqelərini qoruduqlarını və FED-in mesajlarına həssas olduqlarını göstərir.
Faiz endirimi gözləntiləri artarkən Cerom Pauelın mesajları maraqla gözlənilir
Avqustun 22-də “Jackson Hole”da çıxış edəcəyi gözlənilən FED sədri Cerom Pauelın açıqlamaları qlobal bazarlar tərəfindən yaxından izlənəcək. Bazarlarda, Pauelın xüsusilə Sentyabr ayında planlaşdırılan faiz endiriminə dair güclü mesaj verib-verməyəcəyi maraq mövzusudur.
ABŞ pul bazarlarında sentyabr ayında faiz endirimi ehtimalı 84% səviyyəsində qiymətləndirilir. Lakin Pauelın bu yüksək gözləntini məhdudlaşdırıcı bir tonla şərh edə biləcəyi nəzərə alınır. Bu kontekstdə, “Madison Investments”ın sabit gəlirli aktivlər üzrə meneceri Mayk Sanders, Pauelın mesajlarında “bir qədər qeyri-müəyyənlik” ehtiva edən bir yanaşma göstərə biləcəyini qeyd edir.
FED-in manevr sahəsini qorumaq istədiyi vurğulanır
Mayk Sandersə görə, FED-in faiz qərarında manevr sahəsini qoruması böyük əhəmiyyət daşıyır. Əgər inflyasiya gözləniləndən yüksək olarsa və ya əmək bazarında bərpa ilə bağlı yeni məlumatlar açıqlanarsa, FED faiz endiriminə dair qərarını yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər. Buna görə də Pauelın bazarlara açıq bir faiz endirimi siqnalı verməsi hələ erkən hesab olunur.
“Jackson Hole” simpoziumu ilə sentyabr ayındakı Federal Açıq Bazar Komitəsi (“FOMC”) toplantısı arasında açıqlanacaq makroiqtisadi göstəricilər ümumi iqtisadi mənzərə üzərində həlledici ola bilər. Sanders bildirir ki, Pauelın iki gün sonrakı çıxışında ehtiyatlı bir dil istifadə etməsi daha mümkün görünür.
Pauelın çıxışı FED-in gələcəyi üçün kritik ola bilər
Mayk Sanders qeyd edir ki, Pauelın sentyabr ayında faiz endiriminin artıq dəqiqləşdiyi barədə ifadələr istifadə etməsi, FED-in gələcək dövrlərdə çevikliyini məhdudlaşdıra bilər. “Pauel, FED-i sentyabr endirimi ilə bağlı kilidləyə bilməz” deyən Sanders, sədrin daha açıq və vəziyyətə uyğun bir yanaşma nümayiş etdirəcəyini bildirir.
Bu baxımdan, Pauelın “Jackson Hole” simpoziumundakı çıxışı yalnız ABŞ üçün deyil, qlobal maliyyə bazarları üçün də böyük əhəmiyyət kəsb edir. FED-in faiz siyasətləri ilə bağlı verəcəyi ən kiçik siqnal, inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlarda pul axınlarına birbaşa təsir göstərə bilər.