vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Qızılın yüksəlişi davam edəcək 08:57 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 91 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qızılın yüksəlişi davam edəcək

“Bloomberg” ən son proqnozları açıqladı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qızıl bazarlarında hər gün yeni rekordlar qeydə alınır. Hazırda qızılın bir unsiyası 4.140 ABŞ dollar səviyyəsindədir.

Vaxt.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-la Çin arasında yenidən alovlanan ticarət müharibəsi, artan geosiyasi risklər və bazarlardakı yüksəliş dalğası fonunda aparıcı investisiya banklarının 2025 və 2026-cı illər üzrə qızıl proqnozlarını toplayıb. Beləliklə, bankların 2025–2026 bir unsiya üçün qızıl proqnozlarını təqdim edirik:


“Societe Generale”

2025-ci ilin sonu: 4.271 dollar/unsiya

2026-cı ilin sonu: 5.000 dollar/unsiya

Fransız bankına görə, qızılın dəyəri növbəti iki il ərzində artım trayektoriyasında qalacaq.

 

“JP Morgan”

2025-ci ilin sonu: 3.800 dollar

2026-cı ilin sonu: 4.390 dollar

ABŞ bankı 2025-də qısamüddətli eniş, 2026-da isə bərpa mərhələsi gözləyir.

 

“Bank of America Merrill Lynch” (BoA)

2025-ci ilin sonu: 3.750 dollar

2026-cı ilin sonu: 3.500 dollar

“BoA” proqnozunda qızılın ucuzlaşma meylli bir dövrə girəcəyini bildirir.

 

“Goldman Sachs”

2025-ci ilin sonu: 4.030 dollar

2026-cı ilin sonu: 4.815 dollar

“Goldman”a görə, qızıl 2025-də mülayim korreksiya, 2026-da isə yenidən yüksəliş yaşayacaq.

 

“Morgan Stanley”

2025-ci ilin sonu: 4.000 dollar

Bank, qızılın bu ilki rekordlardan sonra sabitləşmə mərhələsinə keçəcəyini düşünür.

***

“Bloomberg”in analizinə əsasən, bankların əksəriyyəti qızılın 2026-cı ilə qədər yüksək səviyyələrdə qalacağını, lakin 2025-ci ildə müəyyən düzəliş mərhələsi yaşana biləcəyini düşünür.

Bütün bu proqnozlar fonunda, analitiklər geosiyasi risklər və FED-in faiz siyasətinin qiymətli metallar üçün həlledici rol oynayacağını vurğulayırlar.

Qısacası, bazarlar üçün qiymət yüksəlişi hələ tam bitməyib, lakin 2025-də müvəqqəti soyuma dövrü istisna edilmir.