vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Yaxın Şərq gərginliyi birjaları sarsıtdı 20:24 | 22 aprel 2026 | Çərşənbə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaxın Şərq gərginliyi birjaları sarsıtdı

Avropa indekslər üçüncü gündür enir

XALİDƏ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın Şərqdə artan geosiyasi risklər və neft qiymətlərinin yüksəlməsi fonunda Avropa birjalarında eniş üçüncü sessiya ardıcıl davam edib.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün keçirilən ticarət sessiyası Yaxın Şərqdə atəşkəslə bağlı qeyri-müəyyənlik və artan gərginliyin təsiri altında mənfi nəticələrlə başa çatıb. İnvestor etimadının zəifləməsi nəticəsində Avropanın əsas göstəricilərindən olan “STOXX Europe 600” indeksi 0,4% geriləyərək 613,88 bənd səviyyəsinə düşüb. Qlobal bazarlar ABŞ ilə İran arasında davam edən qeyri-sabit proses və Avropa şirkətlərinin açıqlayacağı rüblük maliyyə hesabatlarını yaxından izləməyə davam edir.

Neftin bir barelinin qiymətinin 100 dollar səviyyəsinə yaxınlaşması və avrozonada istiqraz gəlirliliyinin artması səhmlər üzərində təzyiqi daha da gücləndirib. Almaniyanın 2026-cı il üçün iqtisadi artım proqnozunu yarıya endirməsi və inflyasiya gözləntilərini artırması region üzrə makroiqtisadi narahatlıqları dərinləşdirib.

Bu proseslər nəticəsində Almaniyada DAX indeksi 0,3%, Fransada isə “CAC 40” indeksi 1% dəyər itirib.

Bazarların diqqət mərkəzində qalan əsas məsələ ABŞ tərəfindən elan edilən birtərəfli atəşkəs qərarı olub. İran və ya İsrail tərəfindən bu qərarın rəsmi təsdiqlənməməsi investorların risk iştahasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

“Swissquote Bank”ın baş analitiklərindən İpək Özkardəskaya bildirib ki, enerji qiymətlərinin artması iqtisadi artıma mənfi təsir göstərir və sülh danışıqlarında konkret irəliləyiş əldə olunana qədər bazarlarda aydın istiqamət gözlənilmir.

Ümumi eniş meyillərinə baxmayaraq, enerji və texnologiya sektorlarında müəyyən artımlar qeydə alınıb. Artan enerji qiymətləri fonunda enerji sektoru 2,3 faiz yüksəlib.

Niderlandda fəaliyyət göstərən çip istehsalçısı “ASM International” güclü gəlir gözləntiləri hesabına səhmlərinin dəyərini 7,1% artırıb. Eyni zamanda materiallar sektoru 1,7% artım göstərib.

Bununla yanaşı, enerji və texnologiya sahəsində fəaliyyət göstərən “ExxonMobil”, “Infineon Technologies” və “ASML Holding” kimi şirkətlərin səhmlərində də artım müşahidə olunub.

Digər tərəfdən, artan əməliyyat xərcləri səyahət və əyləncə sektorunda 2,1%, kosmik və müdafiə sənayesi sektorunda isə 2,4% azalma ilə nəticələnib.

Telekommunikasiya nəhəngi “Deutsche Telekom” mümkün iri birləşmə xəbərləri fonunda 4,8% dəyər itirərək sektorda enişə liderlik edib. İstehlak məhsulları istehsalçısı “Reckitt” isə mənfəət marjasının azalması ilə bağlı xəbərdarlıqdan sonra günü 4,6% itki ilə başa vurub.