Vaşinqton-Brüssel gərginliyi böyüyür
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
07:36 | 3 noyabr 2025 | Bazar ertəsi
Məqaləyə 18126 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ-ın ümumi dövlət borcu oktyabrın 22-də 38 trilyon dolları keçərək yeni tarixi rekorda imza atıb. Həmin rəqəm, avqustun 2-də qeydə alınan 37 trilyon dollarlıq əvvəlki səviyyədən cəmi 82 gün ərzində 1 trilyon dollar keçdi.
Maliyyə Nazirliyinin məlumatına görə, bu məbləğ hər bir amerikalı üçün orta hesabla 111 min dollarlıq borc yükü deməkdir. “Peter G. Peterson” Fondunun hesablamasına əsasən, ABŞ-ın ümumi borcu Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniyanın ÜDM-lərinin cəminə bərabərdir.
“Borcu ABŞ-ın növbəti böyük savaşı” adlandırdılar
Nümayəndələr Palatasının Büdcə Komitəsinin rəhbəri Codi Arrinqton (“Jodey Arrington”) bildirib ki, 38 trilyon dollarlıq borc “ABŞ-ın qarşısındakı növbəti böyük mübarizədir”.
“Bu məbləğ Avropa Birliyinin bütün iqtisadi istehsalının iki misli, Böyük Britaniyanın illik büdcəsinin 20 misli, hər 18 yaşdan kiçik amerikalı üçün isə 500 min dollarlıq yük deməkdir,” – deyə o vurğulayıb.
Arrinqtonun sözlərinə görə, əgər bu “borc savaşında” ABŞ məğlub olarsa, həm qlobal liderliyini, həm də gələcək nəsillərin rifahını itirəcək.
CBO: 2047-yə qədər ÜDM-in 200%-i səviyyəsində borc
Konqres Büdcə İdarəsinin (CBO) proqnozuna əsasən, ABŞ-ın borcu 2047-ci ilə qədər ölkə ÜDM-nin 200%-nə çata bilər. Hazırda 38,1 trilyon dolları aşan borcun artım tempi nəzərə alınsa, qarşıdakı aylarda 39 trilyon dollara çatacağı gözlənilir.
Kredit reytinq agentliyi “Moody’s” may ayında ABŞ-ın reytinqini “AAA”dan “AA1” səviyyəsinə salıb. Səbəb kimi federal hökumətin artan büdcə kəsirini və faiz xərclərini cilovlamaqda uğursuzluğu göstərilib.
Təkcə sentyabr ayına qədər ABŞ hökuməti borcun faiz ödənişlərinə 1,21 trilyon dollar xərcləyib ki, bu da 2025-ci il federal xərclərinin 17%-nə bərabərdir. Orta faiz dərəcəsi 2021-ci ildə 1,61% idisə, indi 3,36%-ə yüksəlib.
Borcdakı artımın səbəbləri arasında sosial təminat və səhiyyə xərclərinin çoxalması, 11 sentyabr hücumlarından sonra hərbi xərclərin yüksəlməsi, 2008 maliyyə böhranı və “Covid-19” pandemiyası dövründə qəbul edilən yardım paketləri göstərilir.
Trampın “Qızıl kart” təklifi
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun azaldılması üçün varlı miqrantlara “Qızıl Kart” (“Golden Card”) vizası satmaq ideyasını irəli sürüb. O təklif edib ki, 5 milyon dollar qarşılığında bu vizanı alanlara vətəndaşlığa gedən yol açılsın:
“1 milyon kart satılsa, 5 trilyon dollar gəlir deməkdir. 10 milyon satılsa, bu, 50 trilyon edir – yəni borcu tam örtmək olar,” – deyə Tramp bildirib.
Borcun artım dinamikası
2024-cü ilin yanvarında ABŞ-ın dövlət borcu 34 trilyon dollar, iyulda 35 trilyon dollar, noyabrda isə 36 trilyon dollar səviyyəsinə çatmışdı. Tarixi müqayisədə, ölkə 1982-ci ildə 1 trilyon dollar həddini keçmiş, 2008-ci ildə 10 trilyon dollara çatmışdı.
CBO-nun proqnozuna görə, bu borc 2027-ci ilə qədər 40 trilyon dolları aşacaq.