vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
Müharibənin xərci 29 milyarda yaxınlaşıb 12:02 | 13 may 2026 | Çərşənbə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibənin xərci 29 milyarda yaxınlaşıb

Heqset: “Zərurət yaranarsa, hər bir vəziyyət üçün planımız var”

ATİLLA, VAXT.AZ

Pentaqon ABŞ və İsrailin Irana qarşı apardığı hərbi əməliyyatların ümumi dəyərinin təxminən 29 milyard dollara çatdığını açıqlayıb.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müşaviri Culs Cey Hörst Konqresdə keçirilən dinləmələrdə məlumat verib. Onun sözlərinə görə, əvvəlki hesablamalarda xərclərin 25 milyard dollar olduğu göstərilsə də, yeni qiymətləndirmələrdən sonra məbləğ 29 milyard dollara yaxınlaşıb.

Hörst bildirib ki, əlavə 4 milyard dollarlıq artım əsasən hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin şəxsi heyətin bölgədə xidmət müddətinin uzadılması ilə bağlı əməliyyat xərclərindən qaynaqlanır.

ABŞ müdafiə naziri Pit Heqset isə Pentaqonun münaqişənin xərcləri ilə bağlı daha detallı hesablamaları Konqresə təqdim etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun regiondakı hərbi strategiyası müxtəlif ssenariləri nəzərdə tutur.

“Zərurət yaranarsa, eskalasiya planımız var. Lazım gələrsə, geri çəkilmə planımız da mövcuddur. Qüvvələrin yenidən yerləşdirilməsi üzrə də planlarımız hazırdır”, – deyə Heqset vurğulayıb.

ABŞ mediasında yayılan məlumatlara görə, İran raket zərbələri nəticəsində ABŞ hərbi bazalarına dəyən ziyanın bərpası da yekun hesablara daxil edilərsə, ümumi xərclər 40-50 milyard dollara qədər arta bilər.