Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
14:07 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 111 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Strateji əhəmiyyətə malik Hörmüz boğazında son günlər gəmi hərəkətliliyində müəyyən artım qeydə alınıb.
“Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, dünən (mayın 11-də) son 9 günün ən yüksək ticarət gəmi keçidi baş verib. Həmin gün boğazdan ümumilikdə 10 ticarət gəmisi keçib.
Bu göstərici mayın 2-də qeydə alınan 14 gəmi keçidindən sonra son dövrün ən yüksək rəqəmi kimi qiymətləndirilir.
Dünən baş verən keçidlərin yarısı Fars körfəzindən çıxış, digər yarısı isə Körfəzə giriş istiqamətində olub. Gəmilər əsasən quru yük, LPG, təmizlənmiş neft məhsulları və taxıl daşıyıb.
Məlumata görə, həmin gün keçid edən gəmilərin 7-si məhz bu kateqoriyalara aid yüklərlə hərəkət edib. Gəmi marşrutları əsasən İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında müşahidə olunub.
Eyni zamanda, Argentinadan gələn “Star Nasia” və Kanadadan gələn “Star Despoina” adlı gəmilərin İran istiqamətində taxıl daşıdığı bildirilir.
Bununla belə, ümumi göstəricilər Hörmüz boğazında ticarət axınının hələ də əvvəlki dövrlə müqayisədə kəskin şəkildə azaldığını göstərir. Hesablamalara görə, hazırkı tranzit həcmi ABŞ-İran gərginliyi öncəsi dövrlə müqayisədə təxminən 95 faiz aşağı səviyyədə qalır.
Ekspertlər bu vəziyyəti bölgədə artan geosiyasi risklər, təhlükəsizlik narahatlıqları və sığorta xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər. Buna baxmayaraq, Hörmüz boğazı qlobal enerji tədarük zənciri üçün hələ də ən həssas və strateji keçid nöqtələrindən biri olaraq qalır.