vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 5 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AKTUAL  
Rəqəmsal layihələrdə sərbəstlik məhdudlaşdırılır 10:27 | 5 may 2026 | Çərşənbə axşamı Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəqəmsal layihələrdə sərbəstlik məhdudlaşdırılır

Qərarda paralel sistemlər və risklərin yoxlanılması müsbət addımdır, amma ...

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Prezidentin fərmanı ilə “Tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” təsdiqlənib. Bununla da dövlət qurumlarının rəqəmsal layihələrinə yanaşma dəyişir.

Yeni qaydalara görə, xüsusilə innovativ və vətəndaşa birbaşa təsir edən layihələr artıq birbaşa dövlət qurumun özü tərəfindən tətbiq olunmayacaq. Əvvəl pilot (test) rejimindən keçəcək, sonra qərar veriləcək.

Bu qaydalar əsasən süni intellekt, “big data”, yeni dövlət xidmətləri və vətəndaş məlumatlarına təsir edən, hüquqi çərçivə maneə yaradan rəqəmsal həllərə şamil olunur.

Əlbəttə, güman ki , bundan sonra nazirliklər yalnız daxili istifadə üçün nəzərdə tutulan həlləri müstəqil hazırlaya biləcəklər.

Yəni artıq istənilən nazirlik, məsələn, süni intellekt əsaslı bir sistemi, vətəndaşlara yönəlik bir rəqəmsal həlli, əgər qurumla əlaqəli mövcud aktlarda nəzərdə tutulmayıbsa, özbaşına hazırlayıb tətbiq edə bilməyəcək. Belə layihələr üçün mütləq pilot mərhələ və təsdiq tələb olunacaq.

Qərarlar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən, işçi qruplar və ekspert rəyləri əsasında veriləcək.

Təhlükəsizliklə əlaqəli XRİTDX və DTX da bu proseslərdə iştirak edəcək və rəy verəcək.

Bu yanaşmanın müsbət tərəfi odur ki, paralel sistemlər azalacaq, risklər əvvəlcədən yoxlanacaq və keyfiyyətə nəzarət güclənəcək. Mənfi tərəfi isə odur ki, çeviklik azalacaq, bürokratik əngəllər yarana bilər, innovasiya ləngiyə və qərarların subyektivliyi riski qala bilər.

Düşünürəm ki, düzgün tətbiq olunarsa, nəticədə daha idarə olunan və koordinasiyalı rəqəmsal mühit formalaşacaq. Bu yanaşma hazırda rəqəmsal hökumət sektorunda gedən optimallaşma və mərkəzləşmə siyasəti ilə də üst-üstə düşür.

Yeri gəlmişkən, görünən odur ki, sektorda RİNN-in rolu addım-addım daha da güclənir.

Nazirlik təkcə tənzimləyici deyil, həm də hansı layihənin həyata keçəcəyini müəyyən edən əsas mərkəzə çevrilir.

Ciddi səlahiyyətdir!

Təbii ki, bu rol daha böyük məsuliyyət və hesabatlılıq da tələb edir.

Fikrimcə, əgər proses şəffaf və obyektiv idarə olunsa, qısqanclıq, bürokratik maneələr və səlahiyyət çəkişmələri minimuma endirilsə, pilot yanaşma ciddi fayda verə bilər.

Əks halda isə innovasiyanı zəiflətmək riski də kifayət qədər realdır.