vaxtlı-vaxtında oxuyun! Şənbə, 3 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
İki Superkompüter Mərkəzi qurulur 12:07 | 2 may 2025 | Cümə Məqaləyə 52 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki Superkompüter Mərkəzi qurulur

Azərbaycanda süni intellektin inkişafında yeni mərhələ

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Süperkompüter Mərkəzi — yüksək hesablama gücünə malik GPU çiplərindən istifadə edilən, böyük həcmli məlumatların emalı və süni intellekt modellərinin icrası üçün istifadə olunan texnoloji infrastrukturdur.

Hazırda Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək məqsədilə iki Superkompüter Mərkəzi qurulur. Bu mərkəzlər həm dövlət sektorunun, həm də startap və innovativ biznesin süni intellekt layihələrinə texnoloji dəstək məqsədilə yaradılır.

Birinci mərkəz İqtisadiyyat Nazirliyinin dəstəyi ilə CASPEL şirkəti tərəfindən inşa olunur və yalnız dövlət qurumlarının, elmi tədqiqat qurumların süni intellekt layihələri üçün nəzərdə tutulub. Artıq bütün dövlət qurumlarına bununla bağlı müraciətlər göndərilib.

Layihənin əsas icra tərəfi İqtisadiyyat Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları departamentidir. Bu mərkəzə 20 milyon manat büdcə ayrılıb, “Dell” texnologiyası üzərində qurulur və “NVIDIA H200 GPU”lar ilə təchiz olunur.

Təşkilatçılar layihənin ən çətin mərhələlərdən biri olan, ABŞ-dan “NVIDIA-nın GPU” çiplərinin lisenziyasının əldə olunmasını da artıq tamamlanyıblar. Hazırda xidmətlərin dizaynı və tarifləri üzərində işlər gedir.

Yaxın günlərdə açılışı nəzərdə tutulub.

İkinci mərkəz isə “AzİnTelecom” tərəfindən qurulur və bu yaxınlarda 7 milyon manatlıq tenderin nəticəsində işlərə start verilib.

Tender başa çatıb, lakin 2-ci Superkompüter Mərkəzini quracaq şirkəti “AzİnTelecom” hələlik elan etməyib. Bu mərkəzin “Lenovo” texnologiyası üzərində qurulması gözlənilir və “NVIDIA H200 GPU” çipləri ilə təchiz ediləcək. Hələlik ən çətin mərhələnin, “NVİDİA” çipləri üçün ABŞ-dan lisenziyanın əldə olunması haqqında məlumatlar verilməyib.

Bu mərkəzdə əsas istifadəçi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) nəzdində fəaliyyət göstərən “Aİ Lab”, həmçinin startaplar, innovasiya ekosisteminin iştirakçıları və biznes strukturları nəzərdə tutulub.

Xatırladıram ki, Süni İntellekt Akademiyası da “Aİ Lab” tərəfindən yaradılır.

“AzİnTelecom”un Superkompüter Mərkəzinin tarifləri də hələ müəyyənləşdirilməyib, lakin bu məsələ ötən gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) keçirilən görüşdə xüsusi müzakirə mövzusu olub və bununla bağlı təkliflərimizi təqdim etmişik.

Xatırladıram ki bu yaxınlarda Prezident tərəfindən təsdiqlənən süni intellekt Strategiyasında infrastrukturun inkişafı üçün belə superkompüter mərkəzinin yaradılması nəzərdə tutulmuşdu .

Strategiyanın qəbulundan dərhal sonra cavabdeh qurumlar tərəfindən real işlərin görülməsi diqqət cəlb edəndir və təqdirə layiqdir.

Dövlət qurumları üçün süni intellekt layihələrin xarici resurslarda saxlanılması müəyyən risklər yaradır

Özəllər, startaplar üçün də GPU əsaslı süni intellekt modellərin xarici resurslarda yerləşməsi xeyli xərclər tələb edir.

Bu baxımdan, düşünürəm ki, hər iki mərkəzin şəffaf, açıq və rəqabətqabiliyyətli olması, həm dövlət, həm də özəl sektor üçün əlçatan tariflərlə xidmət göstərməsi süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək.

Ümid edirəm bu mərkəzlərin təqdim etdiyi xidmətlərin tarifləri əlçatan olacaq.