
Generalı nazir əvəzlədi
“Paqonlu” idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək?
“Paqonlu” idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək?
Azərbaycanda süni intellektin inkişafında yeni mərhələ
“Aztelekom” müstəqil dövlət qurumu olacaq
Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
Dövlətə məxsus məlumat bazasının üzərində “özəl biznes” quranlar ...
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
RİNN “E-iştirakçılıq” vəziyyətini düzəldə biləcəkmi?
Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
“Global StartupBlink” qurumu 2025-ci il üçün növbəti hesabatını açıqlayıb. Reytinqinə görə startap ekosistemin inkişafı sahəsində Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47 pillə irəliləyib. Həmçinin paytaxtımız Mərkəzi Asiyada ən yüksək artım tempi göstərib, “e- commerce”, “edtech” sahələrdə startapların inkişafına görə öndədir.
Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan cəmi 4 pillə irəliləmişdi. Reytinqi tərtib edənlər, sektorda ötən ildə 24.5 faiz dinamika olduğunu qeyd ediblər.
Xatırladaq ki, 2021-ci ildə ölkəmiz bu reytinqdə 19 pillə geriləmişdi.
Reytinqdən görünür ki, Gürcüstan, Ermənistan, Ukrayna və Qazaxıstan bizdən xeyli irəlidədir:
1. ABŞ
3. İsrail
11. Estoniya
34. Rusiya
39. Türkiyə
42. Ukrayna
54. Ermənistan
70. Qazaxıstan
71. Gürcüstan
74. Azərbaycan
84. Belarus
Azərbaycanda son 6 ildə dinamika belə olub :
2020-ci il – 70-ci yer
2021-ci il – 19 pillə geriləyib, 89-cu yer
2022-ci il – 4 pillə irəliləyib, 85 -ci yer
2023-cü il – 1 pillə irəliləyib , 84-cü yer
2024 -cü il – 4 pillə irəliləyib, 80-ci yer
2025-ci il – 6 pillə irərliləyib 74-cü yer
Xatırladıram ki, uzun illər “StartupBlink” qurumu ilə Azərbaycan tərəfdən ASAN partnyorluq edib.
Lakin bu il açıqlanan məlumatdan görünür ki, artıq “StratupBlink” şirkətinin Azərbaycan üzrə partnyoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (İRİA).
Yəni bu o deməkdir ki, ölkə üzrə ekosistem məlumatlarını bu şirkətə İRİA təqdim edəcək. Güman ki bu il məlumatlar birgə təqdim edilib.
Reytinq reallığı əks etdirirmi?
Şübhəsiz ki, ötən il sektora cavabdeh olan İRİA, KOBİA və ASAN tərəfindən müəyyən addımlar atılıb. Xüsusən də İRİA tərəfindən bəzi əhəmiyyətli addımlar daha çox gözə çarpıb. Bakıda Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb, bəzi bölgələrdə də bu istiqamətdə addımlar atılır.
Qanunvericiliklə bağlı, xüsusən də İRİA üçün ekosistemin inkişafına yönəlik maliyyə vəsaitlərindən istifadə ilə bağlı Qaydalar Prezident tərəfindən təsdiqlənib.
“SABAH.HUB”ın aktivliyi də diqqət cəlb edib.
Startap şəhadətnaməsi alan subyektlərin sayı da xeyli artıb.
Amma görünən odur ki, ciddi problemlər qalmaqdadır. Xüsusən də investisiya əlçatanlığı, ilkin inkişaf dövrü keçirən startaplara dəstək, vençur qanunvericiliyin qəbul edilməməsi, universitetlərdə startap və innovasiyaların inkişafına dəstək və s. istiqamətlərdə problemlər var.
Daha böyük resurslara sahib olan, ekosistemin əsas cavabdeh qurumu olan İRİA əvvəllər olduğu kimi bəsit tədbirlərə və səmərəsiz xarici səfərlərə deyil, real və fayda verən işlərə fokuslanmalıdır.
“StartupBlink” şirkətinin “Global Startup Ecosystem” Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.
Beləliklə, Azərbaycanın reytinqdə 6 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz.