vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi? 17:55 | 21 avqust 2025 | Cümə axşamı Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi?

RİNN-dən DDoS açıqlaması

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan internetində qısa müddətlik problemlər müşahidə olundu. İstifadəçilər internet bağlantısında və müxtəlif resurslara çıxışda çətinliklərlə üzləşdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamasına görə, bu problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan “Delta Telekom”a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində yaranıb.

Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər “backbone” operatorlara – “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib.

Əslində, Azərbaycanın qlobal internetə çıxışını təmin edən bir neçə “backbone” operatorunun mövcudluğu bu cür kritik vəziyyətlərdə itkilərin minimuma endirilməsinə və xidmətlərin sürətlə bərpasına şərait yaradır. Bu, rəqabətin və alternativlərin nə qədər vacib olduğunu bir daha göstərdi.

Amma əsas sual budur: ölkənin ən iri magistral operatoruna, dövlət qurumları və kritik infrastrukturu internetlə təmin edən “Delta Telekom”a hücum haradan və nə məqsədlə qaynaqlana bilərdi?

Mövcud siyasi konteksti nəzərə alsaq, bu hücumun mənbəyinin Rusiyadan ola biləcəyi ehtimalı istisna edilmir. Son dövrlər Bakı ilə Moskva arasında müşahidə olunan gərgin münasibətlər bu ehtimalı daha da gücləndirir.

Rusiya dövlətlərarası gərgin münasibətlərdə kiberhücumlardan daha çox istifadə edən  ölkələr sırasındadır.

Unutmayaq ki, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur. Bu isə ölkəmizi müəyyən risklər qarşısında qoyur.

Xatırladaq ki, Rusiya daha öncə Ukraynada yerləşən SOCAR strukturlarına bir neçə dəfə hücumlar edib.

Bu hadisə bir daha göstərdi ki, kritik infrastrukturun təhlükəsizliyi strateji məsələdir. Ölkə üçün rəqəmsal suverenlik yalnız daxili təhlükəsizliklə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkündür.

Kommunikasiyalar, internet alternativliyi sevir.

Buna görə də, alternativlərin, Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, internet trafikinin diversifikasiyası və müstəqil çıxış kanallarının yaradılması Azərbaycanın informasiya  təhlükəsizliyi üçün  mühüm əhəmiyyət kəsb edir.