ABŞ-dən Kastroya ittiham
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
12:40 | 27 may 2026 | Çərşənbə
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Ölkənin küçələr zibil yığınları ilə dolub
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
ABŞ prezidenti Donald Tramp administrasiyası son aylarda Kubaya siyasi və iqtisadi təzyiqləri gücləndirib. Ada ölkəsinin blokadaya alınması nəticəsində enerji və ərzaq böhranı daha da ağırlaşıb. Beynəlxalq media və humanitar təşkilatlar ölkədə elektrik kəsintilərinin, yanacaq çatışmazlığının və gündəlik yaşayış problemlərinin kritik həddə çatdığını bildirirlər.
VAXT.AZ “The New York Times”a istinadən xəbər verir ki, bir çox kubalı ailələr artıq yemək bişirmək üçün kömür və odun yandırmağa məcbur olur. Xüsusilə ölkənin şərq bölgələrində vəziyyət daha ağırdır.
58 yaşlı Havana sakini Yusimi Kastelyano qəzetə bildirib ki, alternativ olmadığı üçün evdə kömürdən istifadə edir: “Bilirəm ki, evdə kömürlə yemək bişirmək düzgün deyil. Amma yemək yeməsəm, ac qalacağam”, – deyə o bildirib.
Gündə 20 saat işıqsız qalan şəhərlər
Kuba mediası və beynəlxalq agentliklərin məlumatına görə, ölkənin bir çox bölgəsində elektrik enerjisi gündə 15-20 saat kəsilir. Xüsusilə Santiaqo de-Kuba şəhəri böhrandan ən çox təsirlənən məkanlardan biridir.
Ölkənin əsas neft emalı müəssisələrindən biri olan Santiaqo neft zavodu Venesuela və Meksikadan gələn mayeləşdirilmiş qaz emalını da dayandırmağa məcbur olub. Bu isə yanacaq böhranını daha da dərinləşdirib.
Vaşinqton təzyiqi artırır
May ayında ABŞ məhkəməsi Kubanın keçmiş lideri Raul Kastro barəsində 1996-cı ildə ABŞ vətəndaşlarının öldürülməsi ilə bağlı ittiham irəli sürüb.
“The Washington Post” və “Los Angeles Times” yazır ki, bu addım Vaşinqtonun Havana üzərində təzyiq strategiyasının yeni mərhələsi kimi qiymətləndirilir.
Böhran fonunda Kuba əsas dəstəyi Rusiya və Çindən almağa çalışır.
Mart ayında ABŞ sanksiyalarına baxmayaraq, Rusiyaya məxsus “Anatoly Kolodkin” tankeri təxminən 730 min barel neftlə Kuba limanına çatıb. Donald Tramp daha sonra bu yükə mane olmayacağını açıqlamışdı.
Bundan başqa, Çin Kubaya ümumilikdə 60 min ton düyü göndərəcəyini elan edib. Kuba prezidenti Migel Diaz-Kanel Çinin yardımını “nəcib həmrəylik jesti” adlandırıb.
Kubalılar isə vəziyyətin getdikcə dözülməz hala gəldiyini deyirlər. 38 yaşlı Yailen Menendes yerli mediaya “Ölkənin nəfəs almasına imkan vermirlər”, – deyib.
Ekspertlər hesab edirlər ki, enerji böhranı və uzunmüddətli sanksiyalar davam edərsə, Kuba yaxın illərdə sosial və humanitar baxımdan ən ağır dövrlərindən birini yaşaya bilər.