Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
13:42 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 254 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qızıl bəzəklərin sayını artırmaqda davam edir. Tramp salonların hər tərəfinə əlavə etdiyi qızıl əşyaların 24 əyar olduğunu iddia edir və xarici liderlərin bu mənzərəni gördükdə “çıldırdıqlarını” düşünür.
Midas əfsanəsi və Trampın “qızıl sevgisi”
Əfsanəyə görə, Frigiya kralı Midas toxunduğu hər şeyin qızıla çevrilməsini arzulamış və bu dilək ona böyük problemlər gətirmişdi. Tramp da indi Ağ Evdəki otaqlara “qızıl toxunuş”lar əlavə edərək hər şeyi qızıla çevirməyə çalışır.
Tramp dünən “Truth Social” hesabında etdiyi paylaşımda yeni qızıl bəzəkləri tanıtdı: “Ağ Evdəki Oval kabinetdə istifadə olunan ən yüksək keyfiyyətli 24 əyar qızıllardan bəziləri. Xarici liderlər və hər kəs bu keyfiyyəti və gözəlliyi görəndə dəli olur. Uğur və görünüş baxımından gəlib-keçmiş ən yaxşı Oval kabinetdir”.
Son aylarda Oval kabinetdə və Ağ Evdəki “qızıllandırma” işləri sürət qazanıb. Əksəriyyəti som qızıl olmayan, sadəcə qızıl rəngli boya və ya qızıl örtüklə hazırlanmış bu bəzəkləri Tramp 24 ayar kimi təqdim edir.
İlk olaraq Oval Kabinetin kamini üzərindəki qızıl kupalar və vazaların sayı artdı. İndi isə Trampın adı yazılmış qızıl altlıqlar belə var. Divarlarda əvvəlkindən çox daha çox portret – təxminən 20 keçmiş prezidentin rəsmi asılıb.
Xərci kim ödəyir?
Ağ Evin sözçüsü “Fox News”a açıqlamasında, bütün qızıl bəzəklərin Tramp tərəfindən şəxsi vəsaiti ilə ödənildiyini bildirib. Qanunlara görə, prezidentlər öz ofis və yaşayış otaqlarının dekorasiyasına müdaxilə edə bilirlər. Tramp həmçinin yardımlarla inşa ediləcək yeni bal zalı layihəsinə də start verib.
Müqayisə üçün, Trampın sələfi Co Bayden Oval kabinetin divarlarında cəmi 6 portretə yer vermişdi, Barak Obamanın isə yalnız 2 rəsmi vardı. İndi isə tavanlardan qapı yaşmaqlarına, hətta mələk fiqurlarına qədər hər şey qızıl rənginə boyanıb və ya qızıl bəzəklərlə örtülüb.
Ağ Evin mətbuat katibi Karolin Livitt artıq bu mənzərəni “qızıl çağın qızıl kabineti” adlandırmağa başlayıb.