vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
TikTok-da trend olan proqnoz 13:33 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 72 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TikTok-da trend olan proqnoz

Dünyanın sonu necə gələcək?

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Afrikalı bir keşişin “dünyanın sonu” görməyi TikTok-da yüz minlərlə paylaşım toplayaraq viral oldu. İnananların göyə qaldırılacağını iddia edən “Rapture” (Qiyamət anında möminlərin göyə qaldırılması) anlayışı ətrafında formalaşan müzakirələr sosial platformanı inananlar və mövzunu tənqid edənlər olmaqla iki hissəyə bölüb.

Cənubi Afrikalı keşişin xəyalı ilə başlayan “Rapture” ekstrasenliyi TikTok-u bürüdü. Dünyanın sonu iddiası necə yayıldı, reaksiyalar necə oldu?

TikTok-da yayılan yeni mövzu bəzi istifadəçilər arasında dünyanın sonunun yaxın olduğu barədə müzakirə yaratdı. Hər şey Cənubi Afrikalı keşişin iddia etdiyi bir yuxuyla başladı və “#Rapture” həştəqi ilə yüz minlərlə istifadəçiyə çatdı.

“Metro.co.uk”un xəbərinə görə, keşiş Coşua Mhlakela televiziya proqramında İsanı yuxusunda gördüyünü danışdı. Mhlakelanın iddiasına görə İsa, yəhudi təqviminin yeni ili olan Roş Aşanada – yəni 23 və ya 24 sentyabr 2025-də dünyaya qayıdacaqdı. Bu iddia sosial mediada “qiyamət günü” kimi şərh edildi və sürətlə yayıldı.

Amma belə növ öncəgörmələr yeni deyil. Keçmişdə Maya təqviminin 2012-ci ildə “bitməsi” də oxşar “dünyanın sonu” əfsanələrinə səbəb olmuşdu. Bu dəfə isə iddianın sürətli yayılması və çatdığı kütlə sosial medianın gücünü bir daha göstərdi.


“Rapture” nə deməkdir?


Müzakirələrin mərkəzində olan “Rapture” anlayışı xüsusilə ABŞ mərkəzli evangelist xristianlıqla bağlıdır. Bu inanca görə, İsanın ikinci gəlişində imanlılar göyə yüksəldiləcək, iman etməyənlər isə dünyada qalacaq. Havari Pavlusun Tesalonikalılara yazdığı məktubda da İsanın qayıdışında “canlı qalanların da onunla birlikdə göyə alına”cagı ifadələrinə rast gəlinir.

Pastor Mhlakelanın proqnozu TikTok-da 300 mindən çox paylaşıma səbəb oldu. Platformada “#raptureready” etiketi populyarlaşdı və istifadəçilər açıq şəkildə iki düşərgəyə ayrıldı. BBC-nin bildirdiyinə görə, bir qrup keşişin iddialarını Müqəddəs Kitab referansları ilə dəstəkləyən videolar yayımladı. Bəziləri isə qiyamətin yaxın olduğuna inanaraq əşyalarını başqalarına verən insanların hekayələrini paylaşdı. Hətta müəyyən tarixlərdə “Rapture” anını gözləyən və özlərini çəkənlər də oldu.

Digər qrup isə mövzunu tamamilə yumorla qarşılayaraq tənqidi və ironik videolarla trendi tənqid edənlərə qoşuldu. Bəziləri İncildə belə bir anlayışın olmadığını və İsanın gəlmə tarixinin əvvəlcədən bilinməyəcəyini vurğuladı.

TikTok-dakı “Rapture” peyğəmbərliyi hər hansı bir hadisə olmadan sönüb keçsə də, elm adamları insanlığın sonunu gətirə biləcək real təhlükələrin daha konkret və çox vaxt özümüzün yaratdığı risklər olduğunu xəbərdar edir.

“Daily Mail”ə danışan Kembric Universitetinin Bəşəriyyətin Risk Araşdırmaları Mərkəzindən Tomas Moynihana görə, bu müasir “yoxolma” təsəvvürü dini hekayələrdən çox daha müxtəlif və qaranlıq təhdidlərdən ibarətdir.

Soyuq Müharibə dövründən sonra yüksələn nüvə müharibəsi təhlükəsi ekspertlərə görə yenidən artmaqdadır. Dünyada doqquz ölkənin əlində 12 mindən çox nüvə başlığı var. Lakin real təhlükə təkcə bu silahların tam istifadə edilməsində deyil – kiçik miqyaslı nüvə toqquşması belə “nüvə qışı” yarada bilər. Modern iqlim modelləri göstərir ki, regional miqyaslı nüvə müharibəsi havaya kütləvi tullantı sala, günəş işığını kəsərək uzun illər davam edə biləcək qaranlığın və qlobal aclığın başlamasına səbəb ola bilər.

Başqa böyük təhdid laboratoriyada hazırlanmış genetik silahların istifadəsi ola bilər. Təbiətdə ortaya çıxan xəstəliklər nisbətən məhdud zərər verə bilər, amma insanın dizayn etdiyi qeyri-təbii xüsusiyyətlərə malik patogenin nəzarətdən çıxması fəlakətli nəticələr verə bilər.

 

Ən yaxın və ən öngörülməz təhlükə – Süni intellekt


Çox sayda mütəxəssisə görə ən real və ən öngörülməz risk süni intellektdir. Əsas narahatlıq insan ağlını ötmüş “superzəka”nın ortaya çıxması və məqsədlərinin insanlığın maraqları ilə uyğun gəlməməsidir.

Belə “uyğunsuz” bir süni intellekt mütləq insanlara düşmənçilik etməyəcək, amma əgər öz məqsədlərinə çatmaq üçün insanları maneə hesab edərsə və ya resursları daha səmərəli istifadə etməyi düşünərsə, biz təsəvvür etmədiyimiz yollarla bütün həyatı təhlükəyə ata bilər.

İqlim dəstəkləyici faktor olaraq qalır – birbaşa yoxolma səbəbi olmaqdan çox, digər riskləri qızışdıran katalizator rolunu oynayır. Su və ərzaq qıtlığına, sosial dağılmalara və münaqişələrə yol açaraq, nüvə müharibəsi kimi daha böyük fəlakətlərin ehtimalını yüksəldə bilər.