Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:11 | 27 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 283 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Amerikalı geoloqlar yaxın 50 il ərzində Şimali Amerikanın qərb sahillərini vura biləcək nəhəng “meqa-sunami” barədə xəbərdarlıq ediblər. Araşdırmalara görə, 300 metri keçən dalğalar milyonlarla insana təsir edə bilər və sahilyanı şəhərlər bir neçə dəqiqə ərzində su altında qala bilər.
Virciniya Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanan və PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc edilən yeni araşdırmaya görə, Şimali Vankuver adasından Kaliforniyaya qədər uzanan Kaskadiya subduksiya zonasında güclü zəlzələ ehtimalı 15 faiz səviyyəsindədir.
Mümkün 8,0 bal gücündə zəlzələ böyük şəhərləri, xüsusən də Sietl və Portlendi məhv edə bilər. Zəlzələ təkcə sunamiyə səbəb olmayacaq, həm də sahilyanı ərazilərdə torpaqların 2 metrə qədər çökməsinə gətirib çıxara bilər.
Normalda bir neçə metr hündürlükdə olan sunamilərdən fərqli olaraq, meqa sunamilər yüzlərlə metr hündürlüyə çata bilər. Bu cür hadisələr çox vaxt kütləvi sürüşmələr və ya böyük zəlzələlər nəticəsində baş verir və onların təsirləri iqlim dəyişikliyi kimi tədricən deyil, ani və dağıdıcı olur.
Elm adamları, “Belə bir hadisə bir neçə dəqiqə ərzində baş verəcək və heç bir uyğunlaşmaya və ya qaçmağa imkan verməyəcək”, – xəbərdarlığını edib.
***
Tədqiqat zamanı Vaşinqtonun cənubu, Şimali Oreqon və Kaliforniyanın şimal sahillərinin ən yüksək risk altında olduğu bildirilib. Bununla belə, Alyaska və Havay kimi daha uzaq ərazilər də seysmik və vulkanik təbiətlərinə görə təsirlənə bilər.
“Virginia Tech”in geologiya professoru Tina Dura, “Kaskadiya qırağında baş verən böyük zəlzələdən sonra sahilyanı daşqın düzənliyi kəskin şəkildə genişlənə bilər. Bu, regional bərpa prosesini əhəmiyyətli dərəcədə uzadar”, – deyib
Kaskadiya qırağında sonuncu güclü zəlzələ 322 il bundan əvvəl, 1700-cü ildə baş verib. Belə uzun sükut o deməkdir ki, qırılmada çoxlu enerji yığılıb. Ekspertlərin fikrincə, bu susqunluğun sonu şiddətli və qəfil ola bilər.