vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 5 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QƏZA, FACİƏ  
Rusiyada təyyarə qəzası 12:37 | 6 may 2026 | Çərşənbə Məqaləyə 213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada təyyarə qəzası

Ölənlər var

İNCİ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Omsk vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

VAXT.AZ yerli mediaya istinadən xəbər verir ki, “Aeroprakt-22” tipli təyyarə Koşkaryovo kəndi yaxınlığında yerə çırpılıb. İlkin məlumatlara əsasən, təyyarə “Aviabaza” şirkətinə məxsus olub.

Hadisənin səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Son məlumatlara görə, təyyarə meşə yanğınlarının monitorinqi zamanı qəzaya uğrayıb. Bildirilir ki, son günlər Omsk vilayətində azı 25 yanğın ocağı qeydə alınıb.

Təyyarəni istismar edən şirkət bu il meşə ərazilərində aviasiya müşahidəsi və yanğınların aşkarlanması üzrə müqavilə bağlayıb. Uçuşlar çərçivəsində tayqa ərazilərində yanğın ocaqlarının müəyyən edilməsi həyata keçirilirdi.