vaxtlı-vaxtında oxuyun! Bazar, 26 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
Tramp və Vensə qarşı təxribat 09:30 | 26 aprel 2026 | Bazar Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp və Vensə qarşı təxribat

Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da keçirilən ənənəvi “Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi” ənənəvi tədbir zamanı silahlı insident baş verib. Prezident Donald Tramp və digər yüksək vəzifəli şəxslər təhlükəsiz şəkildə təxliyə olunublar.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, hadisə dünən (aprelin 25-də) Vaşinqtonda yerləşən “Washington Hilton” otelində baş verib. Məlumata görə, silahlı şəxs zalın yerləşdiyi əraziyə doğru hərəkət etməyə cəhd edib və atəş açılıb. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal müdaxilə edərək prezident və digər rəsmiləri təhlükəsiz yerə aparıblar.

İnsident zamanı güllə dəyən Məxfi xidmət əməkdaşı gülləkeçirməz jilet sayəsində xəsarət almayıb. Hadisə yerində təlaş yaranıb. Yüzlərlə iştirakçı sığınacaq axtarmağa məcbur olub.

Hücum edən şəxs hadisə yerində saxlanılıb. ABŞ hüquq-mühafizə orqanları onun 31 yaşlı Cole Tomas Allen olduğunu açıqlayıb. İlkin məlumatlara görə, şübhəli təkbaşına hərəkət edib. Hadisənin motivi hələ müəyyən edilməyib.

ABŞ prezidenti Donald Tramp hadisədən sonra bildirib ki, bütün yüksək vəzifəli şəxslər, o cümlədən vitse-prezident Ceyms Devid Vens təhlükəsizlikdədir. Sonradan ləğv edilən tədbirin başqa tarixdə keçirilməsi planlaşdırılıb.

Hadisə zamanı ən çox maraqlı məqamlardan biri vitse-prezident Ceyms Devid Vensin prezident Donald Trampdan əvvəl zaldan çıxarılması olub. Videogörüntülərdə diqqət çəkən məqam prezident Donald Trampın arxasında dayanan təhlükəsizlik əməkdaşının davranışı olub. Kadrlarda həmin əməkdaşın baxışlarını zaldan çıxarılan vitse-prezidentə yönəltdiyi və onun zaldan tam çıxmasını izlədiyi görünür. Yalnız Vensin zalı tam tərk etməsindən sonra prezidentin yerindən qaldırılaraq təhlükəsiz istiqamətə aparılması videonun ən gərgin anlarından biri kimi qiymətləndirilir. Atəş səsləri eşidilən anlarda Vens artıq təhlükəsizlik əməkdaşları tərəfindən təxliyə edilərək zalı tərk etmişdi, lakin Tramp bir müddət stol arxasında idi. Kadrlarda prezidentin həmin anlarda ətrafında təhlükəsizlik əməkdaşlarının görünməməsi xüsusilə diqqət çəkib və sosial mediada geniş müzakirələrə səbəb olub. Bu epizod hadisənin ən gərgin anlarından biri kimi qiymətləndirilir və təhlükəsizlik prosedurlarının necə tətbiq edildiyi ilə bağlı sualları artırıb.

Hadisə ABŞ-da son illərdə siyasi tədbirlər zamanı təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Federal Təhqiqat Bürosu hadisə ilə bağlı araşdırmaları davam etdirir.