
Yeni portalda süni intellekt tətbiqi
Dövlətə məxsus məlumat bazasının üzərində “özəl biznes” quranlar ...
Dövlətə məxsus məlumat bazasının üzərində “özəl biznes” quranlar ...
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
RİNN “E-iştirakçılıq” vəziyyətini düzəldə biləcəkmi?
Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
Ən yaxın zamanda 10 milyon büdcəsi olan fond yaradılaq
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycanın Süni İntellekt Strategiyası” ölkəmizdə rəqəmsal inkişafın və yeni texnologiyaların geniş tətbiqini sürətləndirmək üçün mühüm bir mərhələdir. Strategiyanın əsas məqsədlərindən biri – Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsidir.
Artıq bu sahədə kadr potensialının gücləndirilməsi üçün konkret addımlar atılır. Strategiyada bu məqsədlə Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulub.
Görəsən hansı qurum bunu yaradacaq?
Artıq görmək olur ki, belə bir bu qurum formalaşdırılıb. Strategiyanın bu bəndinin icrası üçün əsas məsul qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir (RİNN). Nazirliyin 3 il bundan öncə fəaliyyətə başlayan Süni İntellekt Laboratoriyasının (Aİ Lab) resurslarından görsənir ki, “Aİ Academy” (aiacademy.az) nazirliyin təşəbbüsü ilə artıq fəaliyyətə başlayıb.
“Aİ Lab”ın ən önəmli təşəbbüslərdən biri də elə yeni yaradılan tədris mərkəzi – “AI Academy”dir. Burada tam ödənişsiz şəkildə dərslərin təşkili, yüksək ixtisaslı yerli və beynəlxalq mütəxəssislərlə əməkdaşlıq nəzərdə tutulub.
“AI Academy”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və xarici partnyorların iştirakı ilə dərslərə başlamaq üçün elanlar verilib.
Tədris proqramına hələlik aşağıdakı istiqamətlər daxil edilib:
• Süni intellekt üçün riyaziyyat
• Süni intellekt mühəndisliyi
• Menecerlər üçün süni intellekt
“Aİ Academy”yə uğurlar arzulayırıq!
Yeri gəlmişkən, Süni İntellekt Strategiyasının hazırlanmasında yaxından iştirak edən AI Lab hazırda AzİnTelecom tərəfindən elan edilmiş və ölkə üzrə Süni İntellekt Laboratoriyasının qurulması ilə bağlı tender layihəsinin də əsas sifarişçisidir.
Bu laboratoriyanın məqsədi, ölkədə süni intellekt həllərinin yaradılması və inkişaf etdirilməsi üçün güclü hesablama və texnoloji infrastrukturun – Superkompüter Mərkəzinin qurulmasıdır. Bu resursun gələcəkdə həm dövlət, həm akademik və özəl sektor, həm də startaplar tərəfindən istifadə ediləcəyi gözlənilir.
Xatırladıram ki, bu, artıq ölkədə ikinci bir Superkompüter Mərkəzidir. Bundan öncə də İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən tenderin qalibi olan “Caspel” şirkəti hazırda böyük bir Superkompüter Mərkəzinin qurulmasını başa çatdırmaq üzrədir.
Eyni zamanda müşahidələrimiz göstərir ki, özəl sektor da RİNN və universitetlərlə yanaşı süni intellekt sahəsində kadrların hazırlanmasında aktiv fəaliyyətə göstərirlər. Tanıdığım bir neçə belə peşəkar kurslar, tədris mərkəzləri də fəaliyyətdədir.
Düşünürəm ki, RİNN, ETN və digər əlaqəli qurumların bu tip peşəkar mərkəzlərə də dəstək verməsi, xarici partnyorların bu qurumlarla da əməkdaşlığının təşkilinə köməklik göstərməsi vacibdir və bu çox faydalı olardı.
Bütün bu addımlar təqdirəlayiqdir və düşünürəm ki, Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi yolunda strateji və praktiki irəliləyişlərdir.