
“Delta Telekom”a hücum Rusiyadan ola bilərmi?
RİNN-dən DDoS açıqlaması
RİNN-dən DDoS açıqlaması
Elektron xidmətlər “bir pəncərə” prinsipi ilə təqdim ediləcək
Amma nəticələri gizli saxlayır
Konsaltinq xidməti, yoxsa data ...
Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi?
Yerli startaplara, yoxsa xarici qeydiyyatlılara yatırım?
“StartupBlink” şirkəti Azərbaycan üzrə partnyorunu da dəyişib
“Paqonlu” idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək?
Azərbaycanda süni intellektin inkişafında yeni mərhələ
“Aztelekom” müstəqil dövlət qurumu olacaq
Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
RİNN “E-iştirakçılıq” vəziyyətini düzəldə biləcəkmi?
Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik
Ötən günlər Azərbaycanda Süni İntellekt Akademiyasının yaradılması ilə bağlı məlumatlarda diqqətimi Akademiyanın yaradılmasından daha çox “Milli Süni İntellekt Mərkəzi”nin və milli LLM modelin yaradılması cəlb edib.
Təqdimatda Azərbaycanda ilk dəfə olaraq 10 milyard token üzərində öyrədilmiş geniş milli dil modeli (LLM) prototipi hazırlandığı bildirilib.
Yəni Azərbaycan təkcə xarici şirkətlərin məhsullarından asılı qalmadan, öz milli süni intellekt modelinin yaradılması istiqamətində addım atıb.
İki nazirimizin, Rəşad Nəbiyev və Emin Əmrullayevin bu təqdimata qatılması da təsadüfi deyildi.
Dövlət Vergi Xidmətinin resurslarından görsənir ki, artıq ölkədə “Milli Süni İntellekt Mərkəzi” MMC təsis edilib. Tuncay Bağırov “Milli Süni İntellekt Mərkəzi”nin direktoru təyin edilib.
Xatrıladıram ki, bir ildən çox “Aİ Lab” olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində, bir LAYİHƏ olaraq fəaliyyət göstərən bu qurum artıq müstəqil bir hüquqi şəxs, ŞİRKƏT olaraq fəaliyyətə başlayıb.
Əlbəttə, düşünürəm ki, əvvəllər layihə olaraq fəaliyyət göstərən qurumun şirkətə çevrilməsi, eyni zamanda AZCON tərəfindən dəstəklənməsi böyük irəliləyişdir. İnanmaq olar ki, qurumun fəaliyyəti xeyli sürətlənəcək.
Düşünürəm ki, bu, ölkəmizdə süni intellekt ekosisteminin formalaşmasında da irəliyə doğru bir addımdır.
Əminəm ki, “Milli Süni İntellekt Mərkəzi” MMC-nin işləri yalnız “AI Academy” ilə tamamlanmayacaq.
Qurum süni intellektin inkişafı istiqamətində daha uğurlu layihələr həyata keçirəcək.
Ölkənin ən nəhəng və ən zəngin qurumlarından olan AZCON-nun “Milli Süni İntellekt Mərkəzi”nə dəstək verəcəyini bildirməsi isə gözləntilərimizi daha da gücləndirir.