vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
İKTA mobil rabitənin keyfiyyətini ölçüb 17:52 | 2 iyul 2025 | Çərşənbə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İKTA mobil rabitənin keyfiyyətini ölçüb

Amma nəticələri gizli saxlayır

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mobil rabitə xidmətinin keyfiyyəti ilə bağlı əhəmiyyətli ölçmələr aparıb və nəticələri yalnız mobil operatorlara təqdim edib.

Agentlik ölçmələri ərazilərin əhəmiyyəti və mobil istifadəçilərin şikayətlərini nəzərə alaraq həyata keçirdiyini bildirib.

İKTA-nın bu addımları mobil rabitə xidmətinin keyfiyyətinə dövlət nəzarətinin gücləndirilməsi baxımından faydalıdır.

Amma sual yaranır: niyə bu nəticələr ictimaiyyətə açıqlanmır?

Əgər internet provayderləri üzrə ən çox şikayət olunan şirkətlərin adları ictimaiyyətə təqdim olunursa, niyə mobil operatorlar üzrə belə bir şəffaflıq tətbiq edilmir?

Mobil operatorlar dövlətə məxsus olan tezliklərdən istifadə edir.

“Azercell” isə həm də dövlət şirkətidir.

İctimai resurs olan tezliklərdən istifadə edən mobil operatorların xidmət keyfiyyəti ilə bağlı nəticələri ictimaiyyətin bilməsi ən azı şəffaflıq və istifadəçi hüquqlarının qorunması baxımından zəruridir.

Beynəlxalq təcrübədə isə ölçmə nəticələrinin ictimaiyyətlə paylaşılması normal haldır. Bu həm istifadəçilərin seçim imkanını artırır, həm də operatorlar üzərində ictimai nəzarət mexanizmi yaradır.

Prezident də çıxışlarında dəfələrlə səsləndirib ki, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır.

Bəs istifadəçi daha yaxşı və daha pis mobil xidmət verəni necə müəyyən etməlidir?

Elə ərazilər var ki, orada mobil rabitə hədsiz pis vəziyyətdədir, zənglərdə, data qəbulunda qırılmalar çox olur.

Əgər problemin harada və kimdə olduğunu yalnız operator biləcəksə, görəsən vətəndaş nəyə əsasən seçim etməlidir?

Düşünürəm ki, İKTA ölçmə nəticələrini ümumiləşdirilmiş şəkildə, operatorlar üzrə müqayisəli təhlillə ictimaiyyətə açıqlamalıdır. Yoxsa “ölçdük, amma demirik” yanaşması nə ictimai maraqlara, nə də inkişaf iddialarına uyğun gəlir.