
Dörd ildə bir milyonluq investisiya
Yerli startaplara, yoxsa xarici qeydiyyatlılara yatırım?
Yerli startaplara, yoxsa xarici qeydiyyatlılara yatırım?
Mütəxəssislər həddindən artıq ekran vaxtının zehnimizə təsirini qiymətləndirirlər
Avropa ölkəsində uşaqlarını videolarda çəkən sosial media fenomenləri cəzalandırılacaq
“İllərdir şirkətlər istifadəçi məlumatlarını ədalətsiz şəkildə toplayır”
“StartupBlink” şirkəti Azərbaycan üzrə partnyorunu da dəyişib
Hər üç almandan biri internetdən alış-veriş edərkən aldadılır
“Paqonlu” idarəetmədən mülkiyə keçid sektorun inkişafına necə təsir göstərəcək?
Azərbaycanda süni intellektin inkişafında yeni mərhələ
“Aztelekom” müstəqil dövlət qurumu olacaq
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
.. Avropada isə milyonlarla insan internetdən istifadə etmir
Strategiyada nəzərdə tutulan Süni İntellekt Akademiyasını hansı qurum yaradır?
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
Təşəbbüs bizdən olsa da, Astana daha çox faydalanmaq istəyir
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı.
Bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirildi və araşdırma başladıldı.
Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur.
Bu müddət ərzində isə internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib: “Atelekom” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılıb və “AZCON” Holdinqin tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri “Aztelekom”un ətrafında birləşdirilib.
Nəticədə “Aztelekom” internet bazarının 60 faizinə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib.
“AZCON” tərkibində olan “Aztelekom”un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də, hələlik bu istiqamətdə konkret addımlar yoxdur.
Ucdantutma hamı, tələbatı olan və olmayan, bizneslə məşğul olan olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir.
“Azercell”in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80 faizə yaxınlaşıb.
Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir?
Rəqabətə nəzarət etməli olan, statusu daha da yüksələn qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominant mövqe ilə bağlı cəmiyyətə heç bir açıqlama verməyib.
İndi biz ölkənin telekom və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək, Antiinhisar buna nə deyir?