
“Böyüklərin 28%-i daim onlayn”
Heyrətamiz internet vərdişi
Heyrətamiz internet vərdişi
İctimai şüur naftalin qoxulu kabinetlərdə yox, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır
Biz hələ ...
İnternet kəsilməsi, səbəb tapılmadı
Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi?
Mütəxəssislər həddindən artıq ekran vaxtının zehnimizə təsirini qiymətləndirirlər
Avropa ölkəsində uşaqlarını videolarda çəkən sosial media fenomenləri cəzalandırılacaq
“İllərdir şirkətlər istifadəçi məlumatlarını ədalətsiz şəkildə toplayır”
Hər üç almandan biri internetdən alış-veriş edərkən aldadılır
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
.. Avropada isə milyonlarla insan internetdən istifadə etmir
Təşəbbüs bizdən olsa da, Astana daha çox faydalanmaq istəyir
100 Mbit internet kənd sakinlərinin nəyinə lazımdır?
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
DST kompüter oyunlarından asılılığı psixi pozğunluğun növü kimi tanıyıb
Çox istifadənin təhlükəsi barədə xəbərdarlıq
“Karlsruhe Texnologiya İnstitutu”nun (KIT) tədqiqatçıları müəyyən ediblər ki, “Wi-Fi” siqnalları təkcə internet bağlantısı yaratmır, həm də insanları “görə” və hətta “tanıya” bilir. Üstəlik, bunu heç bir kamera olmadan – adi ev tipli cihazlarla etmək mümkündür.
Vaxt.AZ Ruterlər (router) və mobil telefonlar məlumat mübadiləsi apararkən daima şifrələnməmiş siqnallar ötürür. Alimlərin hazırladığı süni intellekt sistemi bu siqnalların otaq daxilində yayılma formasını analiz edərək, sanki işığın kamera vasitəsilə yaratdığı kimi, bir “kölgə təsviri” formalaşdıra bilir. Beləcə, otaqda olan insanların siluetləri ayırd edilə bilir.
197 nəfərin iştirak etdiyi sınaqlarda sistemin demək olar ki, 100%-lik dəqiqliklə işlədiyi bildirilib. Tədqiqat qrupunun üzvü Torsten Ştrufe (Thorsten Strufe) xəbərdarlıq edib: “Hər hansı yerdə aktiv ‘Wi-Fi’ cihazının olması casusluq üçün kifayətdir”. Yəni, adi bir ruter sahibinin xəbəri olmadan bir növ “casus” funksiyasını daşıya bilər.
Bu texnologiyanın ən diqqətçəkən tərəfi onun üçün xüsusi avadanlıq tələb olunmamasıdır. Sadəcə bir modem, telefon və ya noutbuk belə kifayətdir. Mütəxəssislərin fikrincə, bu vəziyyət “Wi-Fi” texnologiyasını potensial izləmə vasitəsinə çevirə bilər.
Tədqiqatçılar mümkün riskləri azaltmaq üçün yeni təhlükəsizlik protokollarının və daha güclü şifrələmə sistemlərinin hazırlanmasına çağırış ediblər.
Artıq məxfiliyimizi təhdid edən təkcə kameralar deyil. Ətrafımızda görünməz şəkildə hərəkət edən “Wi-Fi” dalğaları da bizi izləyə bilər.