
Xəbər saytlarına kiberhücum
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
Yoxsa ... niyə almalıdır?
... 13 mindən çox sayt bağlandı
Azərbaycanda qəzetə maraq niyə azalıb?
Yeni layihə Azərbaycanda yerli məhsul və istehsalçılar haqqında olacaq
ANS Press-ə hücum düşmənə baha başa gəldi
Hostinq şirkətlərdən əsasən «Apache» və «Microsoft IIS» arasında rəqabət var
10-a yaxın saytımız zərər görüb…
Hakerlərimiz qondarma respublikanın 5 mühüm saytı ilə birlikdə 62 sayt sıradan çıxarıb
2013–2023-cü illər dövründə yaradılan bütün kontentin təxminən dörddəbiri, həmçinin 2013-cü ildə tədqiqata başlayan zaman mövcud olan saytların və veb-səhifələrin 38 faizi internetdə yoxa çıxıb. Sonrakı dövrə gəlincə, ötən il internetdə mövcud olmuş səhifələrin 8 faizi artıq əlçatan deyil, yaxud da kökündən dəyişdirilib.
Vaşinqtonda “Pew Research Center”in analitiklərinin apardıqları tədqiqatların dərc olunmuş nəticələri bunu sübut edir. Tədqiqatın aparılmasında məqsəd kontentin internetdə nə dərəcədə uzunömürlü olmamasını və bəşəriyyətin informasiyanın qorunmasını yalnız veb-saytlara etibar edəcəkləri təqdirdə bu məlumatı necə asanlıqla itirə biləcəklərini nümayiş etdirməkdir.
Araşdırma mərkəzinin ekspertləri tərəfindən məlumatların öyrənilməsi göstərib ki, cari ilin ilk üç ayında xəbər internet səhifələrinin 23 faizində və dövlət saytları səhifələrinin 21 faizində ən azı bir istinad etibarsız olub. Bundan başqa, vikipediyada səhifələrinin yarıdan çoxu – 54 faizi azı bir köhnəlmiş istinad daxil ediblər.
Son onillikdə veb-səhifələrin təhlili zamanı aşkar edilib ki, “Common Crawl” arxivlərindən 2023-cü ilin oktyabrında toplanan səhifələrin 25 faizi artıq əlçatmazdır. Onların 16 faizi aktiv saytlarda, 9 faizi isə saytların qapalı olması səbəbindən yoxa çıxıb.