
“İnqilab və Mədəniyyət”
Dizaynerlər və qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər
Dizaynerlər və qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Bəs həmin qəzetləri kim alacaq?
Jurnalistlər üçün təlimlər başlayıb
40 media resursu cavab gözləyir
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
Sənədlər elektron formada qəbul olunur
Çap mediasına dəstək müsabiqəsi
Media mənsubları ipoteka krediti ala biləcək
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
Prezident İlham Əliyev fərman imzaladı
...Barmaq sayı qədər olan vicdanlıların fərqi
Media nümayəndələri 3-cü bina ətrafında müəmmanın aydınlaşmasına çalışır
Dezinformasiyanı təkzib edən jurnalistlərə daha az etibar edildiyi məlum olub. Oxucu məlumatın yalan olduğundan şübhələnsə belə, həqiqəti ortaya qoyan jurnalistə o qədər də inamı yoxdur. Mediaya inamın azaldığı, dezinformasiyanın artdığı bir dövrdə yanlış məlumatı düzəltmək çətinləşir.
İnsanlar oxuduqları xəbərə ehtiyatla yanaşır, elə düşünürlər ki, yayım orqanları, jurnalistlər qərəzlidir. Əvvəlki tədqiqatlar məlumatların təsdiqi ilə bağlı ziddiyyətli nəticələr vermişdi.
Yalan xəbərləri ifşa etməyin nə qədər yararlı olduğunu və ya niyə təsir etmədiyini öyrənmək istəyən tədqiqatçılar araşdırma aparıblar.
“Resenziyalı Communication Research” jurnalında dərc edilən araşdırmada 691 iştirakçı siyasi və iqtisadi xəbərlər oxunub. Bu xəbərlərə evsizlik nisbətlərindən tutmuş “Fentanil” narkotikinin artıq dozadan ölümlərə təsirinə qədər müxtəlif iddialar daxil idi.
Bu iddiaların doğruluğuna nə qədər inandıqlarını bildirən iştirakçılar daha sonra bu iddiaları təsdiqləyən və ya təkzib edən yoxlamanı oxudular. Daha sonra onlardan bu yoxlamanı edən jurnalistə nə dərəcədə etibar etdikləri soruşulub.
Daha sonra eyni araşdırma bəzi məhsullar haqqında məlumatları ehtiva edən məqalələrlə aparıldı. Bu dəfə verilən yoxlamalarda “fakt yoxlanılıb” qeyd olunmayıb. Beləliklə, tədqiqatçılar güvənin bu etiketin təsir edib-etmədiyini anlamağa çalışıblar.
Hər iki araşdırma dezinformasiyanı təkzib edən jurnalistlərə daha az inanıldığı məlum olub. İştirakçılar öz inanclarını təsdiq edənlərə daha çox inanırdılar, digərləri isə daha çox sübut tələb edirdilər. Tədqiqatın həmmüəllifi Rendi B. Steyn “PsyPost”a bildirib ki, ictimaiyyət ümumiyyətlə jurnalistlərə güvənir və faktların yoxlanılması ilə bağlı məqalələrə etibar olduqca yüksəkdir.
Deməli, klişenin əksinə olaraq, ictimaiyyətin fakt yoxlamalarına və jurnalistlərə inamının olmaması doğru deyil, amma düzəliş edən yazılara şübhə daha çoxdur.
Tədqiqatçılar əlavə edirlər ki, buradakı düzəliş, yayımçıların xəbərlərindəki səhvləri düzəltmək üçün dərc etdikləri imtinalar deyil.
Alimlər maraqlı nəticə ilə də qarşılaşıblar. İştirakçılar məlumatın düzgünlüyünə şübhə etsələr də, onu təkzib edən jurnalistlərə də etibar etməyiblər.
Tədqiqatçılar hesab edirlər ki, bu, hekayənin ifşa edilməsi sürpriz yaradır, insanlar təsdiqdən daha çox dəlil axtarır və jurnalistlərin qərəzli olmasından şübhələnirlər.
Təəccüb doğuran daha bir nəticə ondan ibarətdir ki, xəbərin təkzib edilməsi iştirakçıların iddia ilə bağlı fikirlərini dəyişsə də, onların jurnalistə inamı yenə də sarsılır: “Bu, dezinformasiyanı düzəltməyə çalışan jurnalistlərə qarşıdır”.
Tədqiqatçıların fikrincə, ictimaiyyətin dezinformasiyanı təkzib edən xəbərlərə necə və niyə etibar etdiyinə dair daha çox araşdırmaya ehtiyac var: “Jurnalistlərin qarşısında duran vəzifə, informasiyanı təkzib edən biri kimi görünmədən, necə ifşa edəcəyi üsulunu tapmaq ola bilər”.