Öskürək dərmanlarının yarıdan çoxu təsirsiz çıxdı
Avropada aparılan araşdırma dərman biznesinə ağır zərbə vurdu
15:24 | 24 dekabr 2025 | Çərşənbə
Məqaləyə 14 dəfə baxılıb
Şriftin ölçüsü
Avropada aparılan araşdırma dərman biznesinə ağır zərbə vurdu
Virus mutasiya edə bilir və bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir
Həkimlər tibbi profilaktika ilə yanaşı, immun sistemini gücləndirməyi də əsas şərt hesab edirlər
Qrip Rusiya məktəblərini də «vurdu»
Baş epidemioloq: «Lap bu virus 5 nəfərdə aşkarlansın, axı, bu ...»
«Pnevmoniya yaradır, peyvənd də təsir etmir»
Azərbaycandakı qrip virusu ilə bağlı məlumat yayıldı
Adil Qeybulla deyir ki, bu, yuxarı tənəffüs yollarında parazitlik edən infeksiyadır
Meksikada 16 gündə 32 nəfər ölüb, Çində isə 96 nəfər yoluxub ...
Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur
Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur
“Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir”.
Vaxt.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.