vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
PROBLEM  
11:42 | 9 aprel 2026 | Cümə axşamı Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Makler evləri”ni hansı risklər gözləyir?

Son sel hadisələrində ən çox zərər görən bu tip tikililərdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illər daşınmaz əmlak bazarındakı bahalaşma, nisbətən ucuz təklif edilən “Makler evləri”nə marağı artırıb.

VAXT.AZ “Xezerxeber.az”a istinadən xəbər verir ki, “Makler evləri”nin ucuzluğu alıcıları cəlb etsə də, bu tikililərdə ciddi problemlər var. Bunu tikinti sahəsi üzrə mütəxəssislər deyirlər.  Ekspert Elnur Azadov bildirir ki, çıxarışı olmayan ərazilərdə tikilən bu evlər tikinti normaları nəzərə alınmadan, necə gəldi inşa edilir. Nəticədə bir neçə ildən sonra divarlarda çatlar yaranır, təmir qüsurları ortaya çıxır və əlavə xərclər qaçılmaz olur.

Ekspert deyir ki, son sel hadisələrində ən çox zərər görən də məhz bu tip tikililərdir. Ucuz və keyfiyyətsiz materiallarla inşa edilən evlərin bir-birinə çox yaxın tikilməsi həyətlərdə toplanan suların axıdılmasını da çətinləşdirir və fövqəladə hallarda müdaxiləni məhdudlaşdırır.

Elnur Azadov deyir ki, belə evlərin cəlbedici olması, eyni ərazidə qaydalara uyğun tikililərdən dəfələrlə ucuz qiymətə təklif edilməsinə görədir.

Mütəxəssislər bildirirlər ki, ucuz qiymətə görə belə evlərə üstünlük vermək sonradan daha böyük maliyyə itkisinə səbəb ola bilər. Gələcəkdə belə tiklilər hansısa səbəbdən sökülərsə, qanunla burda ev sahibinə kompensasiyanın verilməsi də nəzərdə tutulmayıb.

VAXT.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.