vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SOSİAL  
Diferensial kompensasiya 11:26 | 15 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Diferensial kompensasiya

Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri – yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edəcəyi gözlənilir.

Söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği ilə bağlı olsa da belə ödənişlərin evlərin sahələri üzrə necə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır. Belə ki, bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və  həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır.

Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur.

Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğdə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan, daha məqsədəuyğun olardı ki,  söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı.