
Evlənmirəm, əl çəkin!
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
Fransada yaşamaq istəyənlərin arzularına zərbə
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Qocaların qayğısına süni intellekt qalacaq
Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
Solo nikaha girdi, yola getməyib boşandı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
Onların boşanma ehtimalı daha yüksəkdir
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
Psixoloq: «Diplomatik ailələr qurulmamalıdır»
Azərbaycanda boşanmaların çoxalması haqqında çox yazılır. Vəziyyəti 2000-2024-cü illər üzrə statistik göstəricilər əsasında nəzərdən keçirək. 25 il bir nəsil deməkdir. Görək, bir nəsildə vəziyyət necə dəyişib.
1-ci diaqrama baxın. Bu diaqramda boşanma sayının nikah sayına nisbətini (B/N) göstərilib. Göründüyü kimi, 2006-cı ilədək B/N-in azalma trendi müşahidə olunur. 2006-cı ildə B/N-nin son 25 il üzrə ən aşağı göstəricisi olub – 9,8 faiz.
4 il ərzində B/N “plato”ya düşüb, təxminən, sabit qalıb.
2009-cu ildən sonra isə B/N artmağa başlayıb və 2020-ci ildə 1-ci pikə (41,4 faiz), 2024-cü ildə 2-ci pikə (43,2 faiz) çatıb. Bu o deməkdir ki, hər 5 nikahdan azı 2-si boşanma ilə nəticələnir!
2021 və 2022-ci illərdə B/N-nin kəskin düşməsini müşahidə edirik – müvafiq olaraq, 30,5 faiz və 25,8 faiz. Bunun səbəbini başa düşmək üçün növbəti diaqrama baxaq.
2-ci diaqram. Nikah və boşanmaların sayı. Göründüyü kimi, 2011-ci ilədək nikahların sayında trendi müşahidə olunub. 2011-ci ildən etibarən isə nikahların sayı azalmağa başlayıb.
İndi 1-ci diaqramdakı 1-ci pikin səbəbi aydın görünür. 2020-ci ildə 44 günlük müharibədə çoxlu gənclərin şəhid olması və ya ağır əlililik alması səbəbindən nikahların sayı kəskin azalıb. Buna görə də B/N kəskin yüksəlib. 2-ci pik də, əsasən, nikahların sayının kəskin azalması ilə bağlıdır.
Boşanma sayında isə son 25 ildə daim artım müşahidə olunub. 2000-ci ildə 5,5 min boşanma qeydə alınmışdısa, 2024-cü ildə bu say 4 dəfə artaraq, 21,4 min olmuşdur.
Bu müddət ərzində isə Azərbaycanda əhali sayı daim artıb.
Bu 2 diaqramdan hansı nəticələri çıxartmaq olar?
1. Boşanma faizinin artması heç də yalnız boşanmaların kəskin artması ilə bağlı deyil. 2-ci diaqramdan görürük ki, son 25 ildə boşanma sayında sıçrayışlı artım müşahidə olunmayıb. B/N-nin yüksəlməsinin əsas səbəbi nikahların sayının kəskin azalması olub.
2. Bəs nikah sayı niyə azalıb? Buna bir neçə səbəb göstərmək olar:
2.1. Bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da ailə institutlarına qarşı açıq və gizli təbliğat 1990-cı illərdən başladı və indiyədək davam edir. 90-cı illərdə doğulmuş və bu təbliğatın təsiri altında böyümüş nəsil 2014-cü ildən etibarən nikah yaşına çatdı və ailə institutuna şəxsi azadlığının “buxovları” kimi baxmağa, rəsmi nikahdan çəkinməyə başladı. Həmçinin ailə qurduqdan sonra da şəxsi azadlığını hər şeydən üstün tutduğundan ailədə ən adi problemlərə görə boşanmanı seçdi.
2.2. 1-ci diaqramdan görürük ki, 2000-2002-ci illərdə nikahların sayı çox azdır. Bu da 1994-cü ilədək çəkən 1-ci Qarabağ müharibəsində minlərlə şəhid və ağır əlillərlə bağlı ola bilər. Həmin nəsildə nikaha girmiş insanlar az olduğundan hər 20-25 ildən sonra nikah sayında bu azalma dalğasını müşahidə edəcəyik. 2014-cü ildən sonrakı nikah sayının azalması da qismən bununla bağlı ola bilər. Məsələn, II Dünya müharibəsi nəslinin demoqrafiyada yaratdığı “çuxur” indiyədək hər 20-25 ildən bir dalğa kimi müşahidə olunur.
2.2 bəndinin təsirini biz hər 20-25 ildən bir hiss edəcəyiksə, 2.1 bəndinin təsirini hər il artan templə hiss edəcəyik. Əlbəttə, əgər heç bir tədbir görməsək.