
Süni intellektlərin zəka yarışması
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
Modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır
Maaşlar 100 milyon dollara çatır
Süni intellektlə yazışmalar məhkəmədə sübut kimi istifadə oluna bilər
“ChatGPT” sayəsində bir ayda borcundan qurtuldu
“OpenAI”nin sabiq mütəxəssisi: “Süni intellekt bir neçə ilə nəzarətdən çıxacaq”
Həkimlərdən xəbərdarlıq: “Süni intellekt zehni sağlamlığı poza bilər”
Süni intellekt nəhəngi 6 ayda 10 milyard dollarlıq dəyərə çatıb
“OpenAI” daxili casusluqdan qorunmaq üçün tədbirləri gücləndirir
Qərb texnologiya nəhəngləri də “DeepSeek”ə müraciət edirlər
Süni intellekt modellərinə nə baş verir?
Alman məktəblərində Süni intellekt narahatlığı
Süni intellektlə danışanlar ehtiyatlı olun!
İş dünyasının qızıl qaydası dəyişdi
“OpenAI”nin yeni modeli “o3” “bağlamaq” əmrlərinə müqavimət göstərdi
İstifadəçilər, söhbət robotuna güc verən modelin yeni versiyasının daha az yardımsevər və dostcanlı olmasından şikayətlənib. İstifadəçilərin etirazından sonra “ChatGPT” böyük bir yeni yenilənməni qismən geri çəkmək məcburiyyətində qalıb.
“ChatGPT”nin yaradıcısı “OpenAI” ötən həftə söhbət robotuna güc verən modelin yeni versiyası “GPT-5”i təqdim etmişdi. “OpenAI” rəhbəri Sem Altman və digərləri, istifadəyə verilməzdən əvvəl yeni versiyanın inqilabi olacağını və dünyada böyük dəyişikliklərə səbəb ola biləcəyini iddia etmişdilər.
Lakin reaksiyalar zəif oldu və bəzi istifadəçilər “GPT”nin yeni versiyasının əslində sələfi “GPT-4o”dan daha az faydalı olduğunu irəli sürdülər.
Bundan başqa, yeni versiyada bəzi funksiyalar ləğv edilib. Məsələn, əvvəllər istifadəçilər istəklərinə uyğun olaraq fərqli modellər arasında seçim edə bilirdilər, lakin “GPT-5”də bunu avtomatik etməyə çalışan bir “yönləndirici” mövcuddur.
Bəziləri də yeni modelin üslubunun qaneedici olmamasından şikayətləndilər. Köhnə modellə emosional bağ qurduqlarını düşünən istifadəçilər, yenilənmənin sistemi istifadə etməyi daha az zövqlü hala gətirdiyini bildirdilər.
Altman şirkətin yenilənməni qismən geri çəkəcəyini və istifadəçilərə köhnə modelləri seçmək imkanı verəcəyini açıqlayıb. O, bunun qismən bəzi istifadəçilərin sistemlə qurduğu emosional münasibətlə bağlı olduğunu etiraf edib. Altman bu barədə “X” platformasında yazıb: “‘GPT-5’ təqdimatını izləyirsinizsə, bəlkə də fərq etmiş ola bilərsiniz ki, bəzi insanlar müəyyən süni intellekt modellərinə nə qədər bağlıdırlar. Bu, insanların əvvəlki texnologiya növlərinə qarşı hiss etdikləri bağlılıqdan fərqlidir və daha güclü bir hiss yaradır (və buna görə istifadəçilərin iş axınlarında bağlı olduqları köhnə modelləri birdən-birə istifadədən çıxarmaq bir səhv idi)”.
Başqa bir paylaşımında isə şirkətin “‘GPT-5’ bir çox baxımdan daha yaxşı işləsə belə, insanların ‘GPT-4o’da sevdikləri bəzi xüsusiyyətlərin onlar üçün nə qədər vacib olduğunu” kifayət qədər qiymətləndirmədiyini yazıb. “GPT-4o” ilə “GPT-5”in nisbi üstünlüyü barədə çox fərqli fikirlərin olduğunu da əlavə edib.
Yeni yenilənmə o deməkdir ki, istifadəçilər “ChatGPT”də ayarları açaraq “köhnə modelləri göstər” seçimini aktivləşdirə biləcəklər.
Altman həmçinin “OpenAI”ın yeni “GPT-5”in yayımını tamamlamağı və daha sonra istifadəçilərin yeni model haqqında şikayətlərinə cavab verməyi planlaşdırdığını bildirib. Buna söhbət robotunu “daha isti” hala gətirmək də daxildir.
Sosial şəbəkələrdə bir çox istifadəçi “GPT-5”in cavablarının əvvəlkilərə nisbətən daha az nəzakətli və ya mehriban olmasından şikayətlənib. Məsələn, “Reddit”də bir paylaşımda bir istifadəçi köhnə sistemi “balam” adlandırdığını və dəyişiklik səbəbilə göz yaşlarına boğulduğunu yazıb.