“ChatGPT”dən ABŞ hökumətinə şikayət
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
22:42 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 2322 dəfə baxılıb
Şriftin ölçüsü
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
250 sənəd “ChatGPT”ni zəhərləməyə kifayətdir
Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
“Oğlumuzu intihara təşviq etdi”
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
İstifadəçilər etiraz etdi, “ChatGPT” geri addım atdı
Şahmat finalında “OpenAI”ın o3 modeli “xAI”ın “Grok 4”ünü əzib keçdi
Sabiq “OpenAI” əməkdaşından Süni intellektlə bağlı qorxulu proqnoz
ABŞ-ın süni intellekt şirkəti “OpenAI” yeni və ən inkişaf etmiş süni intellekt modeli olan “GPT-5”i ictimaiyyətə təqdim edib.
Şirkətin yaydığı məlumata görə, “GPT-5” indiyə qədər hazırlanmış modellər arasında ən ağıllı, sürətli və istifadəsi rahat olanıdır. Model proqram təminatı, riyaziyyat, yazı, səhiyyə, vizual qavrayış və digər sahələrdə qabaqcıl texnoloji imkanlar təqdim edir.
Məlumatda qeyd olunub ki, “GPT-5” əvvəlki versiyalarla müqayisədə süni intellektin məntiq və düşünmə qabiliyyətində əhəmiyyətli sıçrayış yaradır. Yeni model artıq bütün istifadəçilər üçün əlçatandır. Bununla belə, “Plus” abunəçiləri daha geniş istifadəyə, “Pro” abunəçiləri isə daha dəqiq və geniş məntiqi nəticələr üçün “GPT-5 Pro” versiyasına çıxış imkanına malik olacaqlar.
“OpenAI” həmçinin bəyan edib ki, GPT-5 indiyədək hazırlanmış ən güclü kodlaşdırma modelidir. Xüsusilə mürəkkəb ön interfeyslərin hazırlanması və geniş kod bazasında səhvlərin aşkarlanması sahəsində ciddi irəliləyişlər qeydə alınıb.
Yeni modelin estetik həssaslıqla veb-saytlar, tətbiqlər və oyunlar hazırlaya bilməsi, istifadəçi ideyalarını zövqlü və intuitiv şəkildə gerçəyə çevirməsi də şirkətin vurğuladığı yeniliklərdəndir.
Eyni zamanda, “GPT-5”in təkmilləşdirilmiş yazı qabiliyyətləri “ChatGPT”nin gündəlik yazı işlərində – hesabatlar, e-poçtlar, qeydlər və s. – daha funksional olmasına imkan verəcək. İstifadəçilər bu işlər üçün daha səmərəli şəkildə kömək ala biləcəklər.
Digər tərəfdən, “Microsoft” GPT-5 modelini öz məhsullarına inteqrasiya edəcəyini açıqlayıb. Şirkət bu modeli “OpenAI”ın indiyədək yaratdığı ən yaxşı süni intellekt sistemi kimi qiymətləndirib.