vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TEXNİKA  
4.6 dollarlıq xidmət 07:56 | 19 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4.6 dollarlıq xidmət

“OpenAI” ən ucuz “ChatGPT” abunəliyini Hindistanda işə saldı

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“OpenAI” Hindistan bazarına yönələrək indiyədək ən ucuz süni intellekt abunə paketi olan “ChatGPT Go”nu istifadəyə verdi.

“OpenAI”ın vitse-prezidenti və “ChatGPT” rəhbəri Nik Turley (Nick Turley) “X” üzərindən paylaşımında təqdimatı elan edib. O həmçinin bildirib ki, istifadəçilər bu xidmət və digər abunəliklər üçün Hindistanın Birləşdirilmiş Ödəniş İnterfeysi (“UPI”) vasitəsilə ödəniş edə biləcəklər.

Yeni abunəliyin aylıq qiyməti 399 rupi (təxminən 4,6 dollar) müəyyənləşdirilib. “OpenAI”ın ən yüksək səviyyəli abunəliyi olan “ChatGPT Pro” aylıq 19.900 rupi (230 dollar), orta səviyyəli “ChatGPT Plus” isə aylıq 1.999 rupi (23 dollar) təşkil edir.

Müqayisə üçün: “Microsoft” (“NASDAQ:MSFT”) özünün “CoPilot” xidmətləri üçün aylıq 2.000 rupi tələb edir. “Google” (“NASDAQ:GOOGL”) isə ən yüksək səviyyəli “AI Ultra” planı üçün aylıq 24.500 rupiyədək ödəniş qoyur.

Turley qeyd edib ki, bu paket Hindistanlı istifadəçilərə pulsuz versiya ilə müqayisədə 10 dəfə çox mesaj limiti, şəkil yaratma, fayl yükləmə və ikiqat yaddaş limiti təqdim edəcək.

Bu təqdimat, “OpenAI”ın baş direktoru Sem Altmanın (Sam Altman) yaxın gələcəkdə həcminə görə ən böyük bazar olacağını düşündüyü Hindistandakı mövcudluğunu gücləndirmək addımı kimi qiymətləndirilir.

Altman bu il Hindistanın informasiya texnologiyaları naziri ilə görüşmüş, həmçinin süni intellekt təhsil layihələri barədə müzakirələrdə iştirak etmişdi.

Hazırda Hindistan ABŞ-dan sonra həcminə görə “OpenAI”ın ikinci ən böyük bazarı sayılır.

“OpenAI” avqustun əvvəlində indiyədək ən inkişaf etmiş modeli olan GPT-5-i istifadəyə verib. Modelin əsas versiyası hazırda “ChatGPT”nin pulsuz paketində əlçatan vəziyyətdədir.