vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVTO  
“Tesla” 13 min avtomobili geri çağırır 14:28 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 886 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tesla” 13 min avtomobili geri çağırır

Batareyada tapılan qüsur qəza riskini artırır

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

“Tesla” batareya dəstinin bir hissəsində aşkarlanan texniki qüsura görə ABŞ-da satılan 12.963 avtomobili geri çağırır. Qüsurun avtomobildə ani sürət itkisinə səbəb ola biləcəyi bildirilib. Məlumatı ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) dünən açıqlayıb.

Geri çağırma qərarı, 2025 model “Model 3” və 2026 model “Model Y” avtomobillərinə aiddir. NHTSA-nın məlumatına görə, bu texniki nasazlıq sürücülərin avtomobili sürətləndirmək imkanını itirməsinə gətirib çıxara bilər ki, bu da qəza riskini artırır.

“Tesla” açıqlamasında bildirib ki, problemin yarandığı batareya paylayıcısı avtomobil sahiblərində heç bir ödəniş tələb edilmədən dəyişdiriləcək.

Şirkətin məlumatına görə, oktyabrın 7-dək bu məsələ ilə bağlı 36 zəmanət tələbi və 26 sahə hesabatı qeydə alınıb.

“Tesla” həmçinin bu qüsurla əlaqəli hər hansı qəza, xəsarət və ya ölüm halı barə məlumatın olmadığını bildirib.