vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
Mask geri çəkilir 07:41 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 116 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask geri çəkilir

Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

“İlon Mask”, “Tesla” şirkətinin baş direktoru olaraq yüksək səviyyəli Respublikaçılarla ittifaqlarını davam etdirmək istədiyi üçün siyasi partiya qurmaq planlarını səssizcə kənara qoyur. Bu barədə “Wall Street Journal” (“WSJ”) dünən məlumat yayıb.

“WSJ”nin xəbərinə görə, Mask müttəfiqlərinə diqqətini daha çox şirkətlərinə yönəltmək istədiyini bildirib. Bundan başqa, seçicilərini əlindən ala biləcək bir partiya quraraq güclü Respublikaçıları özündən uzaqlaşdırmaq istəmir. Bu məlumatlar Maskın planlarından xəbərdar şəxslər tərəfindən verilib.

“Tesla” rəhbəri iyul ayında həm Respublikaçılardan, həm də Demokratlardan narazı olan seçiciləri təmsil etmək üçün “Amerika Partiyası” adlı yeni bir partiya quracağını açıqlamışdı.

Lakin o vaxtdan bəri, Mask üçüncü bir partiya yaratmaq istiqamətində çox az konkret addım atıb. Eyni zamanda ABŞ-ın Vitse-prezident Ceyms Di Vens ilə əlaqələrini davam etdirdiyi görünür. Vens 2028-ci ildə prezidentliyə namizəd kimi görülür.

Mask həmçinin etiraf edib ki, siyasi partiya qurmaq işində irəliləsə, Vens ilə münasibətlərinə zərər verə bilər.

Vens yaxınlarda Maskın Respublikaçılara qayıdacağına ümid etdiyini bildirib. Dünyanın ən varlı adamının 2024 seçkilərində Tramp və digər Respublikaçıları dəstəkləmək üçün təxminən 300 milyon dollar xərclədiyi görünür.

Bununla yanaşı, Mask və Trampın bu ilin əvvəlində böyük bir anlaşılmazlıq yaşadığı, sosial şəbəkə üzərindən bir-birlərinə şəxsi təhqirlər və tənqidlər yönəltdikləri də məlum olub. Bu anlaşılmazlığın əsas səbəbi Maskın Trampın “böyük və gözəl qanun layihəsini” tənqid etməsi idi. Mask bu layihənin Dövlət Səmərəliliyi Departamenti çərçivəsində hökumət xərclərini azaltmaq səylərini zəiflədəcəyini iddia edib.

İyul ayında qəbul edilən bu qanun elektrikli nəqliyyat vasitələri istehsalçıları üçün ətraf mühit krediti proqramını dayandıracaq. Bu isə “Tesla” üçün mühüm gəlir mənbəyinin kəsilməsi deməkdir.

Tramp isə Maskı, xüsusən də “SpaceX” üçün federal müqavilələri ləğv etməklə hədələmişdi. Lakin aparılan yoxlama göstərib ki, müqavilələrin çoxu Müdafiə Nazirliyi və Milli Aviasiya və Kosmos İdarəsindəki (NASA) əsas funksiyalarla bağlıdır.